azia.az
azia.az

“Microsoft” Avropa çempionatının qalibini müəyyən etdi

9-06-2016, 05:44

“Microsoft” Avropa çempionatının qalibini müəyyən etdi ABŞ-ın “Microsoft” korporasiyası iyulun 10-da Fransada başlayacaq futbol üzrə Avropa çempionatının oyunlarının nəticələrini qabaqcadan xəbər verəcək.

İKT.lent.az-ın xəbərinə görə, bu barədə korporasiyanın saytında bildirilib.

Proqnozların tərtib olunması üçün “Microsoft” xüsusi ekspert bölməsi yaradıb. Bölmə “Cortana İntelligence Suite” bulud texnologiyaları xidmətinin bazasında böyük miqdarda informasiyanın təhlili alqoritmini işləyib, hazırlayıb. Bu alqoritm komandalar və onların keçirdiyi oyunlar, oyunçular və onların zədələri, eləcə də çempionata dair xəbərlər və sosial şəbəkələrdəki axtarışlar, sorğularla bağlı statistik informasiyanın icmalını aparacaq. Şirkətdən bildirilib ki, “kollektiv biliklər”, yəni sosial şəbəkələrin analizi proqnozlara 5% dəqiqlik gətirir.

“Microsoft”un ilkin təhlilinə əsasən açılış matçında Fransa 1 top fərqi ilə Rumıniyanı məğlub edəcək. Finalda 66% ehtimalla Almaniya və İspaniyanın qarşılaşacağı və Almaniyanın çempion olacağı proqnozlaşdırılıb.

Qeyd edək ki, “Microsoft” texnologiyanın köməyi ilə futbol matçlarının nəticələrini ilk dəfə deyil ki, proqnozlaşdırır. 2014-cü ildə korporasiyanın ekspertləri Braziliyadakı dünya çempionatının 16 matçından 15-nin nəticələrini düzgün müəyyən ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi