Alimdən xəbərdarlıq: "Həmin ərazidə zəlzələnin baş vermə ehtimalı çox böyükdür"
"Metsamor" Atom Elektrik Stansiyası nəinki Qafqaz, ümumiyyətlə yaxın ölkələr üçün çox böyük bəladır. Çünki onun müddətinin keçməsi bir yana, stansiya seysmik aktiv zonada yerləşir.
Gün.Az-ın APA-ya istinadən məlumatına görə, bunu Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, Metsamor AES-in yerləşdiyi zona təhlükəli zonadır.
Mərkəz direktoru deyib ki, həmin ərazidə zəlzələnin baş vermə ehtimalı çox böyükdür:
"Bu barədə xəbərdarlıqlar olunub. Hazırda həmin Atom Elektrik Stansiyası təhlükəli vəziyyətdədir.
Güclü zəlzələ olsa, böyük fəlakət törədəcək.
Bu, təkcə Qafqaz ölkələri üçün yox, yaxın şərq ölkələri üçün də böyük faciəyə səbəb ola bilər".