Azərbaycanda yeni Dövlət Komitəsinin yaradılması təklif edilir
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycanda Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Dövlət Komitəsinin yaradılmasını təklif edib.
APA-nın məlumatına görə, bu, AMEA-nın Rəyasət Heyətinin Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının sədr müavini, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu direktorunun elmi işlər üzrə müavini Bəhram Zahidovun Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu üçün hazırladığı məqalədə əksini tapıb.