azia.az
azia.az

Nərmin Şahmarzadə bu dəfə sərt tənqid olundu: "Bu cür adamlar ruhi xəstədir"

29-01-2021, 12:15

Nərmin Şahmarzadə bu dəfə sərt tənqid olundu: "Bu cür adamlar ruhi xəstədir"


Bir neçə il öncə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında aşağılayıcı fikirlər səsləndirən Nərmin Şahmarzadə yenə öz ampluasında qalmaqdadır.

Xatırladaq ki, hələ 2019-cu ildə Azərbaycanın Milli Qəhrəmanı haqqında hədyanlı fikirlər səsləndirdiyi üçün Xətai Rayon Məhkəməsi onun barəsində inzibati cəza qərarı vermişdi. Qərara əsasən o, Xətai rayonu ərazisində 400 saat ictimai işə cəlb olunmuşdu.

Beləliklə, özünü “psixoloq” kimi təqdim edən Şahmarzadə bu dəfə sosial şəbəkədə müharibə iştirakçısı olmuş qazinin jurnalist bir xanıma təcavüz etdiyini yazıb. Lakin paylaşımında nə qazinin, nə də jurnalistin adını çəkib. Nərmin Şahmarzadənin bu cür paylaşımı yenə də ictimaiyyət tərəfindən sərt şəkildə tənqid olunub, təxribat və erməni sifarişi kimi dəyərləndirilib.

"Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı məsələ ilə bağlı “Azia.az”a danışıb:

“Ümumiyyətlə, bu cür adamlar ruhi xəstədir. Nərmin Şahmarzadənin bundan əvvəl Milli Qəhrəman Mübariz İbrahimov haqqında hədyanlı fikirlərini görəndə düşünürdük ki, bu cür gəncliklə bizim axırımız hara gedəcək, Qarabağı necə geri qaytaracağıq? Lakin Vətən müharibəsi və zəfəri onu göstərdi ki, bu cür adamlar, sadəcə, ortalıqda könül bulandıranlardır. Azərbaycan gəncliyi Vətən müharibəsində çox böyük vətənpərvərlik nümayiş etdirərək, bizi heyrətləndirdi, qürurlandırdı. Nərmin kimiləri isə cəmiyyətin irinli yaralarıdır, zaman-zaman çibanbaşı kimi cəmiyyətimizi sızlandırır. Cəmiyyət onsuz da onların cavabını verir. Hər şeyin öz sərhədi var.



Tənzilə Rüstəmxanlı: “Yenə də aranı qatmaq, erməni sifarişini həyata keçirmək niyyətindədir”.

Sən düşmənlə üz-üzə dayanan, Xocalıda baş verən qətliamın qisasını alan Azərbaycanın Milli Qəhrəmanı haqqında necə hədyanlı danışa bilərsən? Bu cəmiyyət əlbəttə ki, sənin dərsini verər. Millətimiz hər zaman öz qəhrəmanının dəyərini bilir. İndi yenə də aranı qatmaq, erməni sifarişini həyata keçirmək niyyətindədir. Bunlar necə ailədə böyüyüb, yetişiblər? Bu nə zehniyyət, düşüncədir? Hüquq-mühafizə orqanları bu məsələni dərindən araşdırıb, lazımi tədbirlər görməlidir”.

Tural Abbaslı: “Necə olur ki, mənəviyyat, mentalitet məsələləri ilə bağlı hadisələr ancaq bunların, ya da ətrafındakıların başına gəlir?”

AĞ Partiya sədri Tural Abbaslı isə qeyd etdi: “Düşünürəm ki, vətən uğrunda canını fəda etməyə hazır olan kimsə belə əməllər törətməz. Məlum status paylaşımında hansısa qazinin və yaxud jurnalistin adı çəkilmir. Bu, sadəcə, gündəmə gəlmək üçün hesablanıb. Necə olur ki, mənəviyyat, mentalitet məsələləri ilə bağlı hadisələr ancaq bunların və yaxud onların ətrafındakıların başına gəlir? Yəni bu, inandırıcı deyil. Sadəcə, özlərini gündəmdə saxlamaq və yaxud haralardasa özlərinin

Azərbaycanda təsir imkanlarına malik olduqlarını sübut etmək üçün şou tipli bəyanatlardır”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, hüquq-mühafizə orqanları bu məsələyə ciddi reaksiya verməlidir: “Mənə təəccüblü gəldi ki, 2-3 il bundan əvvəl Mübariz İbrahimov haqqında hədyanlı fikirlər səsləndirdiyi üçün məhkəməyə verilən, qazilərin sərt reaksiyası ilə qarşılaşan Nərmin Şahmarzadə yenidən öz ampluasına geri dönüb. Həmin hadisədən sonra düşünürdük ki, qarşılaşdığı sərt reaksiyaları nəzərə alaraq özünə yığışar, səhvini anlayar, lakin görünən budur ki, onun ciddi psixoloji problemləri var.

İndi də olmayan bir faktı ortalığa atmağa çalışır. Yəqin ki, bu, kimlərinsə sifarişi ilə həyata keçirilir. Əlbəttə ki, bu olayla hüquq-mühafizə orqanları dərhal reaksiya verib, araşdırma aparmalıdır. Eyni zamanda ictimai qınaq olmalıdır. Bir daha qeyd edirəm, əgər həqiqətən ortada fakt varsa, mütləq həmin qazi barəsində lazımi tədbir görülməlidir. Yox, əgər belə bir fakt yoxdursa, Nərmin Şahmarzadə barəsində bu dəfə daha ciddi tədbir həyata keçirilməlidir”.


Akif Nağı: “Nərmin Şahmarzadə barəsində bu dəfə daha ciddi tədbir görülməlidir”.

Bəs naməlum qazi barəsində bu cür yalan ittiham səsləndirən Nərmin Şahmarzadə məsuliyyətə cəlb oluna bilərmi?

Hüquqşünas Fərhad Mehdiyev sualımızı bu cür cavablandırdı:

"Məndə olan məlumata görə, artıq Nərmin Şahmarzadə DİN-ə çağırılaraq, araşdırma aparılıb. Lakin ortada hər hansı bir şikayət və fakt olmadığı üçün Nərmin sərbəst buraxılıb. Məlum statusa gəldikdə isə Nərmin Şahmarzadə heç bir qazinin və jurnalistin adını çəkməyib. Bu baxımdan heç kəs deyə bilməyəcək ki, mənim şərəf və ləyaqətim təhqir olunub. Buna görə də barəsində məsuliyyət yaranmır".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi