azia.az
azia.az

Son 1 il ərzində “Nar”abunəçilərinin internetdən istifadəsi 65% artıb

16-03-2020, 20:16

Son 1 il ərzində “Nar”abunəçilərinin internetdən istifadəsi 65% artıb

Azia.Az-xəbər verir ki, Bütün ölkə əhalisini yüksək keyfiyyətli şəbəkə ilə təmin etməyi hədəfləyən “Nar”, abunəçilərini kəsintisiz və sürətli internet təcrübəsi ilə təmin etməkdədir. Belə ki, mobil operatorun təqdim etdiyi yüksək keyfiyyətli internet xidməti nəticəsində internet trafikinin həcmi son 1 il ərzində 65% yüksəlib. Qeyd edək ki, artıma bütün ölkə ərazisində LTE/LTE-A texnologiyalı baza stansiyalarının genişlənməsi, smartfon penetrasiyasının artımı, eləcə də müştərilərin internetə olan ehtiyaclarını qarşılamaq məqsədilə təqdim edilən məhsullar səbəb olub. Belə ki, son 1 il ərzində Bakı üzrə smartfon istifadəçilərinin sayı 15%, regionlar üzrə isə 14% artıb.

“Nar”ın abunəçilərini keyfiyyətli internetlə təmin etməsi nəticəsində 4G istifadəçilərinin sayı 1 milyonu ötüb. Bununla da hər iki “Nar” abunəçisindən biri aktiv 4G istifadəçisidir. Hazırda 54 bölgə mərkəzini LTE texnologiyalı baza stansiyası ilə təmin edən mobil operator ölkə ərazinin 76%-ni (işğal olunmuş ərazilər istisna olmaqla), ölkə əhalisinin isə 93,2%-ni 4G/4.5G şəbəkəsi ilə əhatə edir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi