azia.az
azia.az

Azərbaycanda uşaqlar zərərli informasiyalardan qorunacaq

12-04-2016, 19:05

thumb=left]http://azia.az/uploads/posts/2016-04/1460477135_01.jpg[/thumb] Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında uşaq hüquqları ilə bağlı qanunvericiliyə dəyişikliklər müzakirəyə çıxarılıb.

İKT.lent.az-ın məlumatına görə, iclasda “Uşaq hüquqları haqqında” və “Telekommunikasiya haqqında” qanunlara uşaqların hüquqlarını nəzərdə tutan yeni müddəaların əlavə olunması müzakirə edilib. “Uşaq hüquqları haqqında” qanunun 15-ci maddəsinə (Uşağın məlumat azadlığı) nəzərdə tutulan dəyişikliyə əsasən uşaqların onların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir. Dəyişiklik uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan onların qorunmasının müvafiq qanunla tənzimlənməsini nəzərdə tutur.

“Telekommunikasiya haqqında” qanunun 33-cü maddəsinə (Operatorların və provayderlərin vəzifələri) əlavə ediləcək bəndə görə isə abunəçilərin müraciəti əsasında uşaqların onların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək vəzifəsi də təsbit olunur. Qanunun 34-cü maddəsinə (Abunəçilərin hüquq və vəzifələri) nəzərdə tutulan dəyişiklikdə uşaqların onların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün tədbirlər görülməsini tələb etmək imkanı olacaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi