Xocalı uşaqları üçün stomatoloji müayinələr təşkil ediləcək
Səhiyyə Nazirliyi tərəfindən Xocalı sakinlərinin uşaqları pulsuz müayinələrə cəlb ediləcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xocalı soyqırımı ərəfəsində Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Uşaq Stomatoloji poliklinikasının mütəxəssisləri Xocalı sakinlərinin uşaqlarını, imkansız, habelə valideyn himayəsindən məhrum olmuş uşaq evlərində məskunlaşan bir qrup uşağın müayinə və müalicəsini icra edəcək.
Aksiya çərçivəsində 23.02.2016-cı il tarixində poliklinikanın yüksək ixtisaslı həkimləri tərəfindən 30 dan artıq aztəminatlı uşaqların ağız boşluğunun və müxtəlif damaq xəstəliklərinin müayinəsi, ehtiyacı olan dişlərin çəkilməsi və müalicəsi nəzərdə tutulub.