azia.az
azia.az

Dini azadlıqlar sahəsində geriləmə, yoxsa...

2-05-2019, 00:54


Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası (USCİRF) Azərbaycanı dini azadlıqlara görə ikinci qrupa salıb

ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası (USCİRF) Azərbaycanla bağlı 2018-ci ilə dair hesabatında ölkəmizi dini azadlıqlara görə ikinci qrupa salıb. Bu barədə “Amerikanın Səsi”nin hazırladığı yazıda məlumat verilir.
Dini azadlıqlar sahəsində geriləmə, yoxsa...
Müvafiq hesabatda qeyd olunur ki, keçən ildə Azərbaycan hökuməti ABŞ və beynəlxalq icma ilə dini və inanc azadlıqları mövzularında müzakirələr aparmaq üçün bir sıra müsbət addımlar atsa da, dini azadlıq şəraiti önəmli ölçüdə yaxşılaşmayıb. Belə ki, il ərzində yerli polis qüvvələri qeydiyyat tələblərinə və dini ədəbiyyatın hazırlanmasına, əldə olunmasına və yayılmasına qoyulmuş müxtəlif məhdudiyyətlərə riayət etməyən dini icmaları incitməyə, tutmağa, cərimələməyə və onlara qarşı reydlər keçirməkdə davam edib.

Hesabatda həmçinin qeyd edilir ki, 2018-ci ilin iyulunda Gəncənin icra hakimiyəti başçısına qarşı sui-qəsd cəhdinə və polis əməkdaşının öldürülməsinə görə “dini radikallar” ittiham olunub.

Sitat: “Gəncədə nə baş verdiyini tam dəqiqliklə müəyyən etmək mümkün olmasa da, insan haqları fəalları siyasi müxalifləri sıxışdırmaq və İslami terrorçuluq qorxularını artırmaq üçün hökuməti müxtəlif hadisələrdən bəhanə kimi istifadə etməkdə günahlandırdılar”.

Hesabatda həmçinin vicdan məhbusları mövzusuna da toxunulub. Qeyd edilib ki, qeyri-hökumət təşkilatları (QHT-lər) 68 vicdan məhbusu - bunlardan çoxu Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləridir - hələ də dini səbəblərlə Azərbaycanda məhbəs həyatı yaşadıqlarını bildiriblər. 2018-ci il ərzində "sistemli və əhatəli" işgəncələrin davam etdirilməsi, xüsusilə Müsəlman Birliyi Hərəkatının üzvlərinə qarşı belə işgəncələrin tətbiq olunması iddiaları irəli sürülüb.
Müsbət inkişafa nümunə olaraq, hesabatda dörd qeyri-müsəlman dini cəmiyyətin dövlət qeydiyyatına alınması göstərilib. Bu şərtlər əsasında 2019-cu ildə USCIRF Beynəlxalq Dini Azadlıq Aktı (IRFA) çərçivəsində "xüsusi narahatlıq doğuran ölkə" statusunun "sistemli, mütəmadi, bərbad" standartının ən azı birinə uyğun şəkildə dini azadlığı pozmasına və ya buna göz yummasına görə yenidən Azərbaycanı 2-ci Qrupa salıb.

Qeyd edək ki, ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası hər il dünya ölkələrində dinin durumu ilə bağlı dövrü hesabatlar hazırlayır. Rəsmi qurumlar hələlik hesabata münasibət bildirməyib. Azərbaycan hökumətinin din siyasətinin dini sahədə “xüsusi narahatlıq doğuran ölkə” statusunun “sistemli, mütəmadi, bərbad” kimi qiymətləndirilməsi təbii ki, rəsmi Bakının son illərdə apardığı dini tolerantlıq və miltikulturalizm siyasətini zərbə altında qoyur. Azərbaycan hökuməti son illərdə dünyada məhz dini müxtəliflik, tolerantlığın yüksək səviyyədə olması faktını qabardır.

Əlbəttə ki, son illərdə Azərbaycan hökuməti çoxlu sayda məscidlərin təmiri, o cümlədən dini icmaların dəstəklənməsi, din xadimləri, icmalara maddi dəstək verilməsi kimi fəaliyyətlər həyata keçirib. Lakin eyni zamanda bir sıra qadağalar və məhdudiyyətlər də tətbiq olunub. Hökumət qurumları bunu dini qrupların radiakllaşması, regionda baş verən proseslərdən təsirlənən qrupların dövlət və milli təhlükəsizliyə təhdid yaratmaqları ilə izah edir. Təbii ki, bu zaman din adından deyil, konkret şəxs və qruplardan bəhs olunur. Lakin istənilən halda hökumət bu ittihamları rədd edəcək, çünki rəsmi Bakı hesabatda qeyd olunan hadisələri dini deyil, konkret cinayət hadisəsi və ya dövlətçilik üçün təhdid yaradan fəaliyyətlər hesab edir.

Bəzi ekspertlər isə bu hesabatı qərəzli hesab edir.

Kənan Rövşənoğlu,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi