azia.az
azia.az

ABŞ 24 saat ərzində İrana hücum edə bilər

15-01-2026, 08:32

ABŞ regionda gərginliyin artması fonunda növbəti sutka ərzində İrana zərbələr endirə bilər.

Xəbər verilir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

ABŞ artıq ehtiyat tədbiri olaraq Yaxın Şərqdəki əsas hərbi bazalardan personalın qismən təxliyəsinə başlayıb. İki Avropa rəsmisinin sözlərinə görə, Vaşinqtonun hərbi müdaxilə ehtimalı yüksəkdir və zərbələr növbəti 24 saat ərzində endirilə bilər.

İsrail rəsmisi qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp mümkün müdaxilə ilə bağlı qərar verib, lakin əməliyyatın dəqiq miqyası və vaxtı hələ məlum deyil.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi