azia.az
azia.az

Qəzzaya bu zaman müdaxilə edəcəyik - İRAN HƏRƏKƏTƏ KEÇDİ-SON DƏQİQƏ

16-10-2023, 00:37

İran BƏYAN etdi: Qəzzaya bu zaman müdaxilə edəcəyik - SON DƏQİQƏ

Azia.az  Axar.az-a istinadən xəbər verir ki, Təl-Əviv İran ərazisinə hücum etmədiyi, Fələstin müqavimət cəbhəsi özünü müdafiə edə bildiyi müddətcə, İsrailin Qəzzada mümkün quru əməliyyatına müdaxilə etməyəcəyik.

Bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyi istinadən məlumat yayıb.

"İsrail İrana, onun maraqlarına və vətəndaşlarına hücuma cəsarət etmədiyi təqdirdə, İranın silahlı qüvvələri prosesə cəlb edilməyəcək. Müqavimət cəbhəsi özünü müdafiə edə bilər",- məlumatda deyilir.

Qeyd edək ki, dünya mediasında İranın İsrailin Qəzza əməliyyatına müdaxilə edəcəyi yönündə məlumatlar yayılmaqdadır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi