azia.az
azia.az

İrəvan Azərbaycan şəhəridir – Ermənilərdən ETİRAF(FOTOFAKT)

5-05-2024, 10:49

Ermənistanda müxalifət paytaxt İrəvan və bir neçə iri şəhərdə maraqlı addım atıb. Belə ki, şəhərlərin adlarını göstərən lövhələrə Azərbaycan toponimləri olan plakatlar yapışdırılıb. Bu barədə sosial şəbəkələrdə fotolar paylaşılıb. 


Bunu edənlər öz aləmlərində Nikol Paşinyanın hakimiyyətdə qalacağı təqdirdə Ermənistanı hansı aqibətin gözlədiyinə işarə vururlar. Amma özləri də fərqinə varmadan tarixi həqiqəti etiraf etmiş olurlar.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, bu, siyasi cəhətdən olduqca təxribatçı yanaşmadır:


“Ermənistan müxalifəti sağ olsun, bu addımla vaxtilə ermənilərin dəyişdiriyi tarixi Azərbaycan adlarını yenidən gündəmə gətirirlər. Onlar bilirlər ki, o torpaq onların deyil, ona görə də bu cür plakatları yapışdırırlar. Guya ermənilər bunu yenilik kimi təqdim edirlər ki, belə getsə, Ermənistan iri şəhərləri də Azərbaycana verəcək. Əslində, siyasi cəhətdən yanaşsaq, bu təxribatçı yanaşmadır. Amma ermənilər bunu kreativ yanaşma kimi təqdim etməyə çalışırlar”.

Politoloq bu metoddan dünyanın bir çox yerində geniş istifadə olunduğunu vurğulayıb:

“Əslində, bu gizlədilmiş həqiqətlərdən istifadə etmə metodudur. Bu informasiya müharibəsinin 11 formasından biridir. Gizlədilmiş həqiqətləri gündəmə gətirməklə, insanların şüuraltına təsir edirlər ki, ermənilər ayağa qalxsın və Paşinyanı devirsin. Dünya praktikasında bu metoddan İsrail-Fələstin münaqişəsində istifadə edilib. Ermənistan bütün istiqamətlərdə Azərbaycana qarşı təxribatla məşğuldur. Bizdə belə bir təəssürat yaranır ki, ermənilər ağıllanıblar. Məqsəd bizi arxayın salmaqdır. Bu növbəti erməni təxribatıdır, bunun başqa adı yoxdur. Bütün hallarda ermənilərin təxribatları dayanmayıb və biz arxayın olmamalıyıq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi