“Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolu budur”- Tokayev
Qazaxıstan prezidenti Kasım Jomart-Tokayev Ermənistan-Azərbaycan münaqişəsinin müstəsna olaraq siyasi və diplomatik yollarla həllinə çağırıb.
Azia.az xəbər verir ki, Tokayev Rusiyanın sülhməramlı səyləri sayəsində tərəflərin sülh sazişi imzalayacağına ümid etdiyini bildirib.
Qazaxıstan prezidenti bu barədə İrəvanda keçirilən KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında bildirib.