azia.az
azia.az

Paşinyan NATO hərbçilərini Azərbaycanla sərhədə yeridir - TƏHLÜKƏLİ SSENARİ

1-10-2022, 09:56



Fransa Azərbaycanla sərhəddəki vəziyyəti qiymətləndirmək üçün Ermənistana nümayəndə heyəti göndərəcək”.  Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornyu öz Tvitter hesabında məlumat verib. “Mən erməni həmkarım Suren Papikyanla Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə etdim”, - nazir bildirib.

O, ərazidə döyüşlərin dayandırılmalı olduğunu vurğulayıb və Azərbaycan qüvvələrini “ilkin mövqelərinə” qayıtmağa çağırıb. Vəziyyəti qiymətləndirmək üçün Ermənistana Fransa nümayəndə heyəti göndəriləcək", - hərbi nazir bildirib.

Qeyd edək ki, fransalı nazir vədinə əməl edərsə, o zaman bu bir presedent olacaq. Ən əvvəl də Rusiyaya, KTMT-yə qarşı. Hər halda KTMT baş katibi səviyyəsində sərhəddə neçə vaxtdır monitorinq aparılır. Bu kifayət deyilmi? Ermənistan Azərbaycanla sərhədə fransız hərbi müşahidəçiləri dəvət eləməklə görəsən nəyə nail olmaq istəyir? Rusiyanın buna reaksiyası necə olacaq?

Rusiyalı analitik İqor Korotçenkoya görə, Ermənistan bununla Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyasını pozmaq istəyir.

Bəllidir ki, Nikol Paşinyan hökuməti xüsusən də sərhəddəki 12-14 sentyabr insidentindən sonra Rusiyadan, KTMT-dən bərk narazıdır. Lakin qorxusundan KTMT-dən çıxa, Rusiya orbitindən uzaqlaşa da bilmir. Eyni zamanda Fransanı, ABŞ-ı oyuna qoşmaq istəyir, onlara altdan-altdan “sizə də satıla bilərik” siqnalları göndərir. İrəvan Rusiyanı Fransa və ya ABŞ-la əvəzləyə biləcəkmi?

Elçin Mirzəbəyli — Vikipediya

AZSABAH.COM xəbər verir ki, politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, sərhəddəki vəziyyəti “dəqiqləşdirmək” üçün Ermənistana nümayəndə heyətinin göndərilməsi barədə açıqlamanın Fransanın müdafiə naziri tərəfindən verilməsi tərkibin hərbçilərdən ibarət olacağını söyləməyə əsas verir: “Bu isə ilk növbədə Rusiyaya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) meydan oxumaqdır. Qeyd edim ki, Fransa hərbçilərinin bölgəyə gətirilməsi ilə bağlı məsələ yeni deyil və rəsmi İrəvan bir neçə dəfə ”Fransa və digər ölkələrin" hərbçilərinin “sülhməramlı” statusu ilə bölgəyə gətirilməsi mesajını verib.

Fransanın BMT Təhlükəsizlik Şurasını toplamaqda da məqsədi bölgədə hərbi iştirakının təmin edilməsi üçün əsas yaratmaqdan ibarət idi və düşünürəm ki, rəsmi Parisin bu qəbildən olan iddiaları 44 günlük müharibə dövründə də olub. Amma Emmanuel Makron unutmamalıdır ki, həmkarı Nikola Sarkozinin qalstuku ilə bağlı baş verənlər onun qalstukunu və ya digər geyim aksessuarlarını da gözləyə bilər. Fransa siyasətçiləri, həmçinin bölgədən kənar qüvvələrin nümayəndələri təsəvvürlərində istənilən ssenarini qura bilərlər, amma unutmaq lazım deyil ki, Cənubi Qafqaz və daha geniş subregion Ruanda deyil və bura bölgənin titul xalqlarının iradəsinə zidd olaraq gəlmək istəyənləri, kobud da səslənsə, şalvarla qarşılayıb, şortiklə yola salarlar".

E.Mirzəbəyli hesab edir ki, bu baxımdan İrəvan Azərbaycan, Türkiyə və Rusiyanın iradəsi olmadan bölgəyə heç bir ölkəni gətirə bilməz: “Əgər fransızlarla və amerikalılarla bir dövlət olaraq iç-içə yaşamaq istəyirlərsə, bu arzularını Marseldə, yaxud Kaliforniyada gerçəkləşdirə bilərlər. Əgər bacarsalar...”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi