azia.az
azia.az

3 min erməni Qarabağı qoyub qaçdı - BQXK

6-04-2016, 13:28

3 min erməni Qarabağı qoyub qaçdı - BQXK “Üç minə yaxın erməni Dağlıq Qarabağda qoşunların təmas xəttindəki gərginliyə görə ərazini tərk edib”.
Lent.az anspress-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndəsi Zaru Amatuni bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağda yardım və digər ehtiyacların miqyası böyükdür. Hələ də kömək üçün müraciətlər davam edir. İlkin hesablamalara görə, Dağlıq Qarabağın 3 minə yaxın sakini evlərini tərk edib. "Təşkilatımız tez-tez səhiyyə sistemində olan şəxslərlə əlaqə saxlayır. Ötən gün Xankəndi xəstəxanasına yaralılar üçün tibb dəstləri - dərman və sarğı materialları göndərmişik. Hazırda həm də evlərini tərk etdikləri üçün yaşayış yerinə ehtiyacı olan ailələrlə işləyirik. İndiyədək BQXK-nin 15 əməkdaşı Dağlıq Qarabağa göndərilib. Amma zərurət yaranarsa, təşkilat daha çox əməkdaşı verməyə hazırdır", - deyə Zaru Amatuni qeyd edib.
Aprelin 2-nə keçən gecədən bütün cəbhəboyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.
Cəbhə xəttində baş verən hadisələrdən sonra Dağlıq Qarabağda məskunlaşan ermənilər bu əraziləri tərk etməyə başlayıblar. Bunu hətta ermənilər özləri, təmas xəttində olan jurnalistlər də etiraf ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi