azia.az
azia.az

“Ermənistanın “həşərat” kimi əzilməməsi yalnız İran ordusunun qətiyyətindən asılıdır” - Strelkov

14-09-2022, 15:40

“Ermənistanın “həşərat” kimi əzilməməsi yalnız İran ordusunun qətiyyətindən asılıdır” - Strelkov
“Uzun müddətdir məni dinləyənlər bilir ki, Rusiyanın vasitəçiliyi və İranın təzyiqi ilə hərbi əməliyyatların “dondurulmasından” az sonra yenidən döyüşlərin başlanacağını proqnozlaşdırmışdım. Ermənistan üzərinə götürdüyü öhdəliklərin əksəriyyətini yerinə yetirməyib. Bu təəccüblü deyil, çünki həmin öhdəliklər onun suverenliyinə birbaşa zərər vurur. Azərbaycan (Türkiyə) isə əvvəlki təslim şərtləri yerinə yetirilənə qədər Paşinyana “təzyiq” edəcək”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri “DXR”-in keçmiş müdafiə naziri İqor Strelkov səsləndirib.

O bildirib ki, Rusiya indi baş verənlərin qarşısını almaq iqtidarında deyil: “Çünki Kreml Ukraynadakı hərbi münaqişədə kifayət qədər sıxışıb. İndi Rusiyanın özü bütün qüvvələrini səfərbər etməlidir. Hərçənd bu kifayət deyil. KTMT də Ermənistanı müdafiə etməyəcək. Çünki, ya bacarmır, ya da baş verənlər təşkilatı incitmir. Nəhayət Türkiyə-Azərbaycan koalisiyasının Ermənistanı “həşərat” kimi əzməməsi yalnız Tehranın mövqeyindən, daha dəqiq desək, İran ordusunun qətiyyətlə və böyük güclə ermənilərin müdafiəsinə qalxmağa hazır olub-olmamasından asılıdır”, – deyə Strelkov fikirlərini tamamlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi