Kolerov: "KTMT və Kreml Ermənistanı DƏSTƏKLƏMƏYƏCƏK"
“KTMT Ermənistanı dəstəkləməyəcək, çünki təşkilatda qərarlar konsensusla qəbul edilir və onun üzvlərinin əksəriyyəti Bakının tərəfindədir”.
KONKRET.az xəbər verir ki, bunu Rusiyanın əsas ermənipərəst təbliğatçılarından biri Modest Kolerov deyib.
Onun sözlərinə görə, Kremldə Bakıya qısqanclıq yaratmağın mənası yoxdur, Rusiya ermənilərin əvəzinə Ermənistanı müdafiə etməyəcək.
Kolerov xatırladıb ki, Paşinyan artıq Rusiya Federasiyasına Ermənistanın “ərazi bütövlüyünün təmin edilməsində kömək istəyi” ilə müraciət edib.
Bu ifadənin dəlil bazası olması üçün Azərbaycan və Ermənistan arasında normal sərhəd olmalıdır ki, Rusiya ordusu orada ola bilsin. Lakin hazırda bu, belə deyil və hesab edirəm ki, uzun müddət olmayacaq”, – deyə o bildirib.