azia.az
azia.az

Rusiya mediası: “Müharibədə həlledici günlər- “Artsax” süqut ərəfəsində”

2-11-2020, 10:56


Rusiyanın nüfuzlu “Moskovskiy komsomolets” qəzeti Qarabağda bir aydan artıqdır davam edən müharibənin nəticələri və bundan sonra baş verə biləcək hadisələr haqda yazıb.
Rusiya mediası: “Müharibədə həlledici günlər- “Artsax” süqut ərəfəsində”
Mütəxəssislərin fikrincə, döyüşlər Ermənistan və Qarabağ erməniləri üçün strateji əhəmiyyətli İrəvan-Laçın-Stepanakert avtomobil yolunun bir neçə kilometrliyində gedir. Bu yolun ələ keçirilməsi isə bütün “Artsax” adlanan qondarma qurumun məğlubiyyəti deməkdir. Azərbaycanın qısa müddətdə xüsusilə, cənub istiqamətində-İran sərhədi boyunca işğaldakı torpaqları nəzarətinə qaytarmasını yada salan ekspertlər Ermənistanın hərbi uğursuzluqlarının bir neçə səbəbini qeyd edirlər.

Hərbi ekspert İqor Strelkov deyib ki, Azərbaycanın Ermənistanda heç bir hərbi hədəfi yoxdur və əsas məqsədi işğaldakı torpaqları azad etməkdir. Strelkov bir həftə əvvəl verdiyi proqnozunu təkrarlayıb: “Laçın şəhərlərinin azərbaycanlılar tərəfindən ələ keçirilməsi erməni silahlı qüvvələrinin mühasirəyə düşməsi, "Artsax”ın süqutu demək olacaq. Hələlik, Laçın dəhlizi ərazisində və Şuşanın yaxınlığında şiddətli döyüşlər davam edir”.

Hərbi analitiklərin fikrincə, Azərbaycanın payız hücumunun uğurunun səbəbi Bakının Ermənistan ordusundan xeyli dərəcədə üstün olmasıdır. Bundan əlavə, Ermənistan əhəmiyyətli taktiki səhvlərə yol veriblər. “Yenilməzliyə inanan ermənilər kəşfiyyat, döyüş təchizatı, texniki təchizat, hava hücumundan müdafiə məsələlərində diqqətdən qaçırıblar. Nəticədə, Ermənistan Dağlıq Qarabağı itirmək ərəfəsindədir”.

Müstəqil hərbi ekspert Yuri Lyaminin sözlərinə görə, Azərbaycan qoşunları xüsusilə müasir silahlarla havada zərbələrlə cəbhədə təşəbbüsü əldə saxlamaqda davam edirlər. Ekspert deyib ki, döyüşlərin ilk ayı ərzində cəbhənin cənub istiqamətində qondarma “dqr”in müdafiəsi yarıldı, indi isə cənubdan şimala- Laçına və Şuşaya doğru zərbə endirirlər . “Hadisələrin gələcək inkişafı əsasən orada gedən döyüşlərlə müəyyənləşdiriləcəkdir. Azərbaycan qüvvələri Laçın və Şuşanı alsalar, o zaman “Qarabağ Respublikasında” vəziyyət son dərəcə çətinləşəcəkdir” deyə, o bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi