Bu açıqlama Ermənistanı qarışdırdı
Türkiyənin müdafiə naziri Hülusi Akarın Nikol Paşinyan hökuməti təhlükə altında olarsa, Ermənistana qoşun göndərəcəyi ilə bağlı sərt xəbərdarlıq etdiyi məlum olub.
Azia.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan yerli televiziyada iştirak etdiyi verilişdə deyib.
O, Onik Qasparyanın rəhbərliyi ilə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Paşinyanın istefasını tələb etdiyi 2021-ci ilin fevral hadisələrini xatırladıb.
Advertisement
Baqratyanın sözlərinə görə, Onik Qasparyan Türkiyə müdafiə nazirinin Rusiya müdafiə nazirinə hədə-qorxu gələrək zəng etdiyi üçün əlavə addım atmayıb. “Biz artıq müstəqil dövlət deyilik, Nikol Paşinyan Türkiyə qarşısında hesabat verən dövlət yaradır”, – Hrant Baqratyan vurğulayıb.