azia.az
azia.az

Novella Cəfəroğlu: “Biz hər görüşdə məcburi itkin və qurbanlarla bağlı məsələni qaldırırıq”

30-08-2022, 13:01

Novella Cəfəroğlu: “Biz hər görüşdə məcburi itkin və qurbanlarla bağlı məsələni qaldırırıq”
Vətəninfo.az xəbər verir ki, Bu gün Beynəlxalq Məcburi İtkin Qurbanları Günüdür.Qeyd edək ki,bu gün BMT Baş Assambleyasının qəbul etdiyi qətnamə ilə təsis edilib.

1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi zamanı,həm Ermənistan ərazisində yaşayan azərbaycanlılar.eyni zamanda Qarabağda Ermənistanın işğalçı təcavüzü zamanı on minlərlə insan yurd-yuvasından didərgin düşdü,minlərlə soydaşımız və vətəndaşlarımız itgin düşdülər.Bu günə kimin də bu şəxslərin sonrakı talehləri ilə bağlı xəbərlər yoxdu.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Cəmiyyətinin sədri,hüququ müdafiəçisi Novella Cəfəroğlu Vətəninfo.az-a bildiirib ki, hən hüuqu müdafiə təşkilatı olaraq,eyni zamanda Azərbaycanın hüquq müdafiəçilərinin təmsil olunduğu kolisiya adından davamlı olaraq,bu şəxslərin sonrakı talehləri ilə bağlı beynəlxalq təşkilatlar qarşısnda məsələlər qaldırırlar: “Biz təkcə Beynəlxalq Məcburi İtkin Qurbanları Günü ilə bağlı deyil,davamlı olaraq iştirak etdiyimiz bütün tədbirlərdə bununla bağlı məsələləri qabardırıq. Heç kəsə sir deyil ki, 1988-ci ildən bu yana həm Ermənistan vətəndaşı olan azərbaycanlılar içərisində,eyni zamanda Qarabağdan qovulan,yurdundan-yuvasından didərgin salınan vətəndaşlarımız içərisində yüzlərlə girov qalanlar olub,onların əksəriyyəti erməni terrorçuları tərəfindən qətlə yetriliblər,müxtəlif işgəncələrə məruz qalıblar.Onların haqqında bu gün də hansısa xəbər almaq mümkün deyil. Dəfəlrlə “Beynəlxalq Qızıl Xaç” komitəsinə həm fərdi qaydada,eyni zamanda da hüquq müdafiəçilərimiz adından müraciətlər göndərilib.O insanların araşdırılıb,tapılıb ortaya çıxarılması istənilib.Təssüflər olsun Ermənistanın siyasi hakimiyyəti bu insanların sonrakı taleyi ilə bağlı məlumatları gizlədir”. Novella Cəfəroğlu onu da bildirib ki, müxtəlif vaxtlarda Ermənistanın hüquq müdafiə təşkilatları ilə Qafqaz platforması çərçivəsində görüşlər zamanı,onların özlərinindən də bu insanların harda necə, hansı ərazidə olduqları ilə bağlı araşdırma aparmalarını tələb ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi