azia.az
azia.az

38 siyasi məhbusun adı prezidentin köməkçisinə verildi – “Hikmət Hacıyev dedi ki…”

4-08-2021, 22:58


İyulun 30-da Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb.
Bildirilir ki, görüşdə ölkədə insan hüquqlarının durumu, qeyri-hökumət təşkilatlarının problemləri, hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı şəxslər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
38 siyasi məhbusun adı prezidentin köməkçisinə verildi – “Hikmət Hacıyev dedi ki…”
Hüquq müdafiəçisi Novella Cəfəroğlu açıqlamasında bildirib ki, prezidentin köməkçisi ilə görüşdə ilk öncə QHT sektorunda problemlər diqqət mərkəzində olub.

“Biz QHT-lərin indiki çətin durumu, gələcək fəaliyyəti və donorlarla bağlı məsələləri qaldırdıq. Hacıyev bildirdi ki, QHT-lərlə və donorlarla bağlı məsələlər həllini tapacaq”.

Hüquq müdafiəçiləri həmçinin QHT-lərin hüquq-mühafizə orqanları ilə birgə monitorinqlərin aparılması, əhalinin maarifləndirilməsində QHT-lərin rolunun artırılması, qadınlara qarşı zorakılıqlarla və narkotiklərlə bağlı maariifləndirmə işlərinin gücləndirilməsi məsələlərini diqqətə çatdırıb.

Hüquq müdafiəçiləri həmçinin siyasi məhbus kimi tanıdıqları 38 nəfərin siyahısını prezidentin köməkçisinə təqdim edib.

“O, bu istiqamətdə addımlar atılacağını dedi”, deyə Cəfəroğlu qeyd edib.

Görüşdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası sədrinin müavini Vüsal Quliyev iştirak edib.

Rəsmi qurumlar bu görüşlə bağlı hələ məlumat yaymayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi