Ukrayna Azərbaycanı məhkəməyə verib - SƏBƏB
Ukrayna Azərbaycanı beynəlxalq məhkəməyə verib.
Cebhe.info-ya daxil olan məlumata görə, Ukraynanın Azərbaycanı məhkəməyə vermə səbəbi “Sobranie” siqaretlərinin istehsal patentinin ödənilməməsidir. Qeyd olunub ki, konkret olaraq Ukraynanın “Japan Tobacco International” şirkəti Azərbaycanın “Tabaterra QSC” şirkətini məhkəməyə verib.
Xatırladaq ki, “Japan Tobacco International” şirkətinə məxsus “Sobranie” brendini “Tabaterra” şirkəti ötən ilin 27 aprelindən istehsal etməyə başlayıb. Şirkət məhkəməyə verildikdən sonra “Sobrenie” brendinin istehsalı dayandırılıb. Hazırda satış məntəqələrində “Sobrenie” brendinin satışı minimum səviyyəyə edib. Satıcılar bildirir ki, artıq “Sobrenie” brendi gətirilmir, satışda olanlar isə öz depolarında qalanlardır.