azia.az
azia.az

Ermənilərdən Köçəryana: “Kişisənsə, Əliyevdən istə...” (VİDEO)

3-06-2022, 15:57

Ermənilərdən Köçəryana: “Kişisənsə, Əliyevdən istə...” (VİDEO)
Onların günahları ucbatından Ermənistan indi ağlamalı vəziyyətdədir. İndi Robert Köçəryan öz cinayətlərini gizlədir. Əlbəttə, gizlədəcək, nə qədər insan öldürdüyünü deməyəcək. Məni əsəbləşdirməyin, gedin.

Azia.az xəbər verir ki, bu sözləri “Araratnews.am”ın müxbirinin küçə reportajında erməni vətəndaş deyib.
Ətraflı


Başqa bir xanım vətəndaş isə Köçəryanı və Qarabağ ermənilərini qadın paltarı geyinib qaçmaqda ittiham edib:

“Müharibə vaxtı Köçəryan və oğulları, tərəfdarları analarının tumanı altında gizlənmişdilər. Qarabağda yaşayanlar isə oğullarına qadın paltarı və parik geyindirib Ermənistana göndərdilər. Ona görə müharibədə əsasən Ermənistanda yaşayanlar öldü. Bəs niyə müharibədən sonra Nikol Paşinyan ölən əsgərlərin valideynlərinə milyonları paylayanda onlar sakitcə pulları götürdülər və baş naziri oğullarının ölümünə görə günahlandırmadılar?”

Sualları cavablandıran vətəndaşlardan digəri isə Qarabağın artıq çoxdan Azərbaycana aid olduğunu vurğulayıb:

“Müxalifət deyir ki, Paşinyan Qarabağı Azərbaycana vermək istəyir. Qarabağ çoxdan Azərbaycana məxsusdur. Əgər onlar belə cəsur və ağıllıdılarsa, qoy İlham Əliyevdən Qarabağı tələb etsinlər”.

Robert Köçəryan və Serj Sərkisyanın Şuşanı qaytarmaq vədlərinə münasibət bildirən vətəndaş isə bunu gülünc adlandırıb:

“Robert və Serj deyirlər ki, onlar hakimiyyətə gələn kimi Şuşanı qaytaracaqlar. Buna bişmiş toyuğun gülməyi gəlir. Onlar neçə illər ölkəni talayıblar. Biz artıq boğaza yığılmışıq”.(axar.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi