Sülhməramlılar Qarabağın bu ərazilərindən ÇIXDI
Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları iki nəzarət-buraxılış məntəqəsini ləğv edərək oradan çıxıblar.
Sökülən hər iki nəzarət-buraxılış məntəqəsi Sos ( Xocavənd - red. ) və Xaçmaç ( Xocalı - red. ) kəndlərində yerləşirdi.
Bildirilib ki, sülhməramlılar həmin kəndlərdə nəzarət-buraxılış məntəqəsi saxlamağı mənasız hesab edib, ona görə də onu söküblər.
Ərazidən çıxarılan rusiyalı hərbçilərin hara köçürülməsi haqqında məlumat verilməyib. (unikal)