Erməni müdafiə naziri Azərbaycanla sərhəddə: “Döyüş növbəsi...” - FOTO
Ermənistan müdafiə naziri Suren Papikyan respublikanın cənub istiqamətində - Azərbaycanla sərhəddə yerləşən hərbi hissələrə baş çəkib.
Azia.az teleqraf.com-a istinadla xəbər verir ki, nazir hərbi hissələrdə döyüş növbətçiliyinin şəraiti ilə tanış olub, hərbi qulluqçularla söhbət edib.
Hərbi hissə komandiri, general-mayor Artak Budaqyan cəbhə xəttinin möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə Papikyana məlumat verib.
Papikyan bölgəyə səfəri çərçivəsində 3 aylıq təlim-məşq toplanışına cəlb olunmuş və cəbhə xəttində növbətçi olan şəxsi heyətlə görüşüb.