azia.az
azia.az

Paşinyan razılığa gələn kimi Azərbaycana atəş ƏMRİ VERİLDİ - Nə baş verir?

7-04-2022, 18:40

Paşinyan razılığa gələn kimi Azərbaycana atəş ƏMRİ VERİLDİ - Nə baş verir?"Brüssel görüşü region üçün çox böyük əhəmiyyət kəsb edir. Postkonflikt dönəmində regionun inkişafı üçün önəmli əhəmiyyət kəsb edir".

Bunu açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, Şarl Mişelin son bəyanatı artıq "Dağlıq Qarabağ", "Minsk Qrupu" kimi ifadələrin keçmişdə qaldığını bir daha təsdiq edir:

"Bu görüşdə artıq böyük sülh sazişinin imzalanmasına demək olar ki, start verildi. Bu sülh sazişi münaqişədən qalan bütün sualların altından xətt çəkə bilər və region üçün yeni mərhələyə qədəm qoymağa imkan yaradacaq.

Eyni zamanda Brüssel görüşündə səsləndirilən fikirlər, təkliflər və Avropa İttifaqı Şurasının başçısı Şarl Mişelin son Bəyanatı ondan xəbər verir ki, artıq "Dağlıq Qarabağ", "Minsk Qrupu" və s. kimi ifadələr keçmişdə qalıb, yeni siyasi reallıqda bunlar yoxdur.

Digər bir tərəfdən demək lazımdır ki, burada sülh sazişi ilə yanaşı eyni zamanda delimitasiya, demarkasiya proseslərinin aparılması ilə bağlı ciddi qərar qəbul olunub. Belə ki, aprel ayının sonuna qədər Azərbaycan-Ermənistan komissiyası yaradılmalıdır. Bu komissiyanın işi demarkasiya, delimitasiya proseslərinin aparılmasına və maksimum qısa müddətdə başa çatmasına imkanlar yarada bilər.

Hələ də sərhəddə gərginlik (Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 6-sı axşam saatlarında dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. - red.) yaşanır. Bu gərginlik arzuolunmazdır. Azərbaycan belə vəziyyətin davam etməsini istəmir. Düşünürəm ki, Avropa ittifaqı da bu durumdan narahatdır. Çünki gərginlik son nəticə etibarilə bütün proseslərə, eləcə də müəyyən dərəcədə Avropanın regiondakı maraqlarının reallaşmasına əngəllər yaradır. Buna görə də hazırda tərəflər delimitasiya, demarkasiya proseslərinin sürətlənməsi ilə bağlı qəti tədbirlər görə bilərlər. Bu da regionu indiyə qədər illərdir yığılıb qalmış problemlərdən qurtara bilər. Yenə də burada əsas şərt ondan ibarətdir ki, Ermənistan buna nəinki sözdə, konkret addımlarla da razı olmalıdır ki, konkret addımlar Ermənistanın doğrudan konstruktiv mövqedə dayandığını sübut etməlidir, yaxud da ki, bu proseslərdən öz məqsədlərinə uyğun istifadə edərək onların arxasınca öz siyasətini aparmaq niyyətində olduğunu göstərməlidir.

30 illik təcrübə göstərir ki, təəssüflər olsun ki, danışıqlar prosesi pərdəsi arxasında Ermənistan çalışır öz məqsədlərinə çatsın, o vaxt belə idi. Əgər Ermənistan bu siyasəti təkrarlamaq istəmirsə, onlar cari siyasətdə korrektələr etməlidirlər və konstruktiv addımlar atmalıdırlar".

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi