azia.az
azia.az

KXCP-nin qurultay qərarı müzakirələrə səbəb oldu – Mirmahmud Mirəlioğlu sədrlikdən gedir?

25-03-2022, 11:43

KXCP-nin qurultay qərarı müzakirələrə səbəb oldu – Mirmahmud Mirəlioğlu sədrlikdən gedir?
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) IV qurultayı martın 27-də keçiriləcək. Qurultay onlayn formatda baş tutacaq.

Tədbirin onlayn keçirilməsi qərarı müzakirələrə səbəb olub. Partiya üzvləri sosial şəbəkələrdə ciddi etiraz ediblər. Bildirilib ki, karantin qaydaları yumşaldılıb, ona görə də qurultay ənənəvi qaydada keçirilməlidir. Tədbirin onlayn təşkil edilməsinin başqa məqsədlərə xidmət etdiyini qeyd edənlər də olub.

Qeyd edək ki, KXCP-nin 2015-ci ildə keçirilən qurultayında sədr seçilən Mirmahmud Mirəlioğlu bildirmişdi ki, növbəti qurultayda namizədliyini irəli sürməyəcək. Buradan belə başa düşülür ki, M.Mirəlioğlu sədrlikdən gedir, partiyaya başqa şəxs rəhbərlik edəcək.
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi