azia.az
azia.az

Sülhməramlılar Azəbaycana qarşı döyüşə hazırlaşır - NƏ BAŞ VERİR?

18-03-2022, 12:50

Sülhməramlılar Azəbaycana qarşı döyüşə hazırlaşır - NƏ BAŞ VERİR?
Xocalı rayonunun işğal altındakı Pirlər kəndi istiqamətində vəziyyət gərgin olaraq qalır.

Kənddə müvəqqəti məskunlaşan erməni sakinlər silahlanaraq silahlı birləşmələrə qoşulub. Qeyd edək ki, son günlər Xocalının Pirlər və Xanabad kəndləri istiqamətindən Azərbaycan Ordusunun Ağdam rayonu ərazisində yerləşən üzbəüz mövqeləri tez-tez atəşə tutulur. Azia.az cebhe.info-ya istinadla xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti yaranmış vəziyyətlə bağlı təəccüb doğuran məlumat yayıb.

“Azərbaycanlıların mümkün təxribatlarını dəf etməyə hazır olmaq üçün Xramortun (Pirlər) kişi əhalisi “Müdafiə Ordusu” və Rusiya sülhməramlıları ilə birlikdə döyüş hazırlığı vəziyyətinə gətirilərək kəndin ərazisində mövqe tutub”,-xəbərdə belə deyilir. Əgər “Hraparak” qəzetinin yazdığı öz təsdiqini taparsa, bu, Rusiya sülhməramlı qüvvələrinin nəinki öz səlahiyyətlərindən kənarda çıxması, hətta Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın qüvvədən düşməsi deməkdir.

Çünki Rusiya hərbi kontingenti bitrəflik prinsipini pozaraq münaqişə tərəfinə çevrilir. Bu halda Azərbaycan Rusiyadan sülhməramlı kontingenti Qarabağdan və Laçın dəhlizindən çıxartmağı tələb edə bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi