"KTMT-nin böhrana cavab mexanizmi Ermənistanda işləmədi" - Paşinyan
Ermənistan Qazaxıstanda baş vermiş hadisələrlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) böhrana reaksiya mexanizmlərinin həyata keçirilməsini alqışlayır. Hansı ki, bu mexanizmlər Ermənistan-Azərbaycan sərhədində toqquşmaların kəskinləşməsi zamanı nəticə vermədi.Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşündə deyib.
- Mən çox şadam ki, KTMT-nin böhrana cavab mexanizmləri nəhayət işlədi. Bilirsiniz ki, bu, Ermənistan Respublikasının (KTMT -də-red.) sədrliyinin prioriteti idi. Biz həmişə inanmışıq və indi də inanırıq ki, KTMT-nin çevik reaksiya mexanizmləri normal işləməlidir.Təəssüf ki, Ermənistan elə bir vəziyyətdə idi ki, biz mexanizmin işləməli olduğunu düşünən vaxtı bu baş vermədi. Mən çox şadam ki, Qazaxıstanda baş verənlərdən sonra həyat tam bərpa olunub, -Paşinyan deyib.
Mənbə:My Webpage