Meriyanın açıqlaması “sunami” effekti yaratdı - RƏSMİ CAVAB
Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) sənədlərlə bağlı müraciət edən şəxslər qurumdan maraqlı açıqlama alıb.
“Ölkə.Az”ın məlumatına görə, vətəndaşların sorğularına cavab olaraq 2016-ci ildə BŞİH-in arxivini su basdığı, nəticədə sənədlərin məhv olduğu qeyd olunub.
Sözügedən rəsmi cavab məktubu sosial mediada da geniş müzakirə olunub.
Məktub sahibi isə verilən cavaba "Bakıda Sunami olduğundan xəbəriniz olub?" yazmaqla reaksiya verib. Bəzi sosial media istifadəçiləri əksər idarələrdən gələn cavabların belə olduğunu iddia edib.
Həmin sənədi təqdim edirik:
BŞİH-dən məsələ ilə bağlı “Ölkə.Az”ın sorğusuna cavab olaraq bildirilib ki, arxiv zirzəmidə yerləşib və kanalizasiya xəttindəki problem bir sıra sənədlərin məhv olmasına səbəb olub:
“Kanalizasiya xəttində olan problemə görə, 2016-ci ildə arxivin bir hissəsi yararsız vəziyyətə düşüb”.