Ermənistan Prezidentinin istefa ərizəsi qüvvəyə minib
Ermənistan Prezidenti Armen Sarkisyanın istefa ərizəsi qüvvəyə minib.![]()
Xəbər verilir ki, “Parlamentin reqlamenti haqqında” qanuna əsasən, prezidentin istefası yeddi gün ərzində ərizəsini geri götürmədiyi təqdirdə qüvvəyə minir.
Ermənistan prezidentinin administrasiyası ərizəni geri götürüldüyünü açıqlamayıb.
Xatırladaq ki, yanvarın 23-də Armen Sarkisyan ölkə parlamentinə istefa ərizəsi göndərib.