Suriyada atəşkəs rejimi qüvvəyə minib
Fevralın 27-dən Suriyada hökumət qüvvələri ilə silahlı müxalifət döyüşçüləri arasında barışıq rəsmi olaraq qüvvəyə minib.
Gün.Az RİA-Novosti-yə istinadən xəbər verir ki, atəşkəs rejimi razılaşdırılması ABŞ və Rusiya prezidentlərinin Suriyada hərbi əməliyyatların dayandırılmasına dair birgə bəyanatından sonra mümkün olub.
Bu, müvəqqəti barış İŞİD, “Cebhat al-Nusra” terrorist qruplarına aid deyil və onlara qarşı mübarizə davam etdiriləcək.