Paşinyan Rusiyaya gedir
Paşinyan Rusiyaya gedir
Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 28-də Rusiyaya işgüzar səfərə gedəcək.
"Azia.az" qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə bazar ertəsi Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Ermənistan hökumətinin başçısı MDB ölkələri liderlərinin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi görüşündə iştirak edəcək. Bundan əvvəl Paşinyan onlayn mətbuat konfransı zamanı bildirib ki, MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşlə bağlı rəsmi təklif yoxdur. Amma istənilən halda, İlham Əliyevlə ünsiyyət olacaq.