Şagirdin yazdığı inşanı oxuyan müəllim DƏHŞƏTƏ GƏLDİ- Dərhal polisə zəng etdi
13 yaşlı 7-ci sini şagirdinin yazdığı inşa ölkənin sosial şəbəkələrində böyük rezonans doğurub.
Azia.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nijni Novqorod vilayətinin Çexov şəhərindəki 8 saylı məktəbdə baş verib.
Müəllim şagirdlərə "Sizin peşə karyeranız" mövzusunda inşa yazmağı tapşırıb. Müəllim oğlan şagirdlərdən birinin inşasını yoxlayanda şok yaşayıb. O, məktəblinin valideynlərin zəng etməklə kifayətlənməyib, polisə də müraciət edib.
Polislər inşa ilə tanış olanda, sözün əsl mənasında dəhşətə gəliblər. Məktəbli həyatın mənasını insanları öldürməkdə görürdüyünü yazmışdı. Böyüyəndə silahı haradan əldə etməyi, insanları hansı üsullarla öldürəcəyini, hətta polisdən necə gizlənəcəyini belə planlı şəkildə qeyd etmişdi.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları oğlanla profilaktik iş aparırlar. Uşaqla profilaktik söhbətlər aparılır.