Azərbaycanda 7-ci sinif şagirdi olan azyaşlı qızın evdən qaçmasının şok səbəbi ortaya çıxıb.
Azia.az xəbər verir ki, hadisənin səbəbi ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində açıqlanıb. Azyaşlı evdən qaçaraq sözügedən verilişə sığınıb və şok açıqlamalar verib:
"Məktəbdə sinif yoldaşım Kənan məni bərk döydü. Bunu hətta məktəbimizin informatika müəllimi də görmüşdü. Ümumiyyətlə Kənan hər kəslə pis rəftar edirdi. Biz dərsə girdik. Tənəffüz zamanı mən sinfdə tək idim. O, qapını bağlayıb, mənə hədə qorxu gəldi ki, məndən üzr istəməlisən. Məndə qorxudan üzr istədim. Bu zaman qəfildən başqa bir müəllim sinfə daxil oldu. Nə baş verdiyini sorudu və məndə olduğu kimi danışdım. Mənə inanmadı və hadisəni hər kəsə başqa cür təqdim etdi. O, anama da məni sinfdə oğlanla başqa bir işlə məşğul olduğumu söylədi. Anam da üzümə tüpürdü".