azia.az
azia.az

Kreml buna görə həm İrəvana, həm də Bakıya qəzəblidir – “Yeni gərginliyin olması mümkündür”

21-12-2021, 14:15

Kreml buna görə həm İrəvana, həm də Bakıya qəzəblidir – “Yeni gərginliyin olması mümkündür”
Son vaxtlar Azərbaycanla Qərb arasındakı münasibətlərdə yeni mərhələ başlayıb. Xüsusilə Avropa İttifaqı ilə əlaqələrimiz genişlənir.

Maraqlıdır, Azərbaycanın Qərblə yaxınlaşmasına Rusiyanın mümkün reaksiyası necə olacaq?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov belə bir sitiuasiyanın Rusiyanı qıcıqlandırdığını vurğulayıb. Müsahibimizin sözlərinə görə, Bakı və İrəvanın Qərblə dialoqları Moskvanın Cənubi Qafqazdakı təsir qüvvəsinin azalması anlamına gəlir:

"Xüsusilə Avropa İttifaqının (Aİ) Qarabağdakı bərpa işlərində iştirakı Kremlin torpaqlarımızla bağlı çirkin planlarının üstündən xətt çəkilməsidir. Bizim Aİ ilə münasibətlərimiz uzun illərdir davam edir, yəni yeni deyil, ancaq durum dəyişir. İndi Qərblə Rusiya arasındakı mübarizə daha amansızdır. Bölgənin dünya gücləri üçün əhəmiyyəti isə getdikcə artır. Belə olan halda indidən təxmin etmək olar ki, Qərb regiona gəlməkdən ötrü əlaqələrin güclənməsində maraqlıdır. Lakin Rusiyanın Azərbaycan-Aİ, Ermənistan-Aİ

münasibətlərinə səssiz yanaşacağını düşünmək sadəlövhlük olar. Şimal qonşumuzun hər iki tərəfə təzyiqləri artıracağı istisna deyil. Həmçinin Ermənistan ordusundakı ruspərəst qüvvələrin "əli ilə" təxribatların baş verməsi, beləliklə, gərginliyin yaranması mümkündür. Rusiya bilir ki, belə olsa, hər iki tərəf istər- istəməz üzünü Kremlə çevirəcək”.

K.Novruzov bildirib ki, Kremli fakt qarşısında qoymaqdan ötrü Qərblə əlaqələrimizi gücləndirməyə davam etməliyik:

"Hər halda Qərb iki pisdən daha az pisi olanıdır. Birincisi ona görə ki, Rusiya bizə daha yaxındır, təhdid imkanları çoxdur. İkincisi, hazırda Qarabağ məsələsində Qərbə nisbətən Rusiyanın təsir imkanları güclüdür. Bizim Aİ ilə yaxınlaşmağımız bu məsələdə balans yaradacaq, başqa sözlə, Moskvanın "rıçaq"larını azaldacaq. Üçüncü bir tərəfdən isə qardaş Türkiyənin NATO ölkəsi olması Qərbdən gələn təhlükələr üçün "hava yastığı" ola bilər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi