azia.az
azia.az

Deputat: “Gözləyirəm, Zəngəzur dəhlizi açılsın, maşınla gedim İrəvana, oradan İstanbula uçum”

14-12-2021, 15:57

Deputat: “Gözləyirəm, Zəngəzur dəhlizi açılsın, maşınla gedim İrəvana, oradan İstanbula uçum”
"Turizm hər şeydən öncə mədəniyyət hadisəsi, mədəniyyət mübadiləsidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, turizmdə mədəni irsimizi təqdim etməyi bacarmalıyıq: "Bu gün turizmin inkişafı üçün işğaldan azad edilmiş ərazilərin timsalında böyük potensial var. Əsas məsələ burada olan abidələrin necə təqdim ediləcəyidir. Yaxşı olardı ki, Turizm Agentliyi bu sahədə işlərə başlasın”.

Deputat Aqil Abbas bildirib ki, Naxçıvanda artıq kənd turizmi sahəsində işlərə başlanıb, nailiyyətlər də var: "Bu gün burda hamı təkliflərini dedi. AZAL qiymətləri endirəcəkmi? Yox, endirməyəcək. Artıq İrəvandan İstanbula reys açılır, bizim pulla 80 manat. Mən də gözləyirəm, Zəngəzur dəhlizi açılsın, maşınla gedim İrəvana, oradan İstanbula uçum. Bu məsələyə ciddi şəkildə baxılmalıdır. Deputatların bu gün burda dediyi qalır havada. Sözümüzün havada qalmaması üçün bəlkə bu məsələyə qayıtmayaq, AZAL qiymətləri qaldıra-qaldıra getsin? AZAL-ın bu qədər pulu var, Allahın bir futbol komandasını da saxlaya bilmədi.

Dünən Prezident İlham Əliyev "Qarabağ” futbol klubunu qəbul etdi, dedi ki, niyə Azərbaycanın bir futbol klubu olmalıdır? İş adamları pul ayırmır. Digər tərəfdən, qiymətlər çox bahadır. Hotellərdə bir gecə, iki gün qalmaq üçün mənim 1 aylıq maaşım qədər pul verməlisən. Qiymət məsələsi birdəfəlik həll olunmalıdır. Xahiş edirəm, Sahibə xanım, özünüz Milli Məcisin sədri kimi bu işə qarışın”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi