azia.az
azia.az

Səfər Mehdiyev üzr istədi-Milli Məclis sədrindən

14-12-2021, 11:49

Səfər Mehdiyev üzr istədi-Milli Məclis sədrindən
Veteninfo.az xəbər verir ki,Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyev mətbuata açıqlamasında Milli Məclisin bəzi deputatlarına qarşı rezonans yaradan açıqlama ilə çıxış edib.

“Sizə səbəbi izah edim. Çünki Milli Məclisin bəzi deputatları bu qanunsuz biznesdə iştirak edirdilər. Və qərar onların maraqlarına toxunurdu. Ölkəyə hər şeydən xəbərsiz vətəndaşın adına elektrik texnikası daxil olurdu, sonra mağazaların piştaxtalarından elə həmin vətəndaşlara kredit xətti ilə satılırdı. Həmin deputatların parlamentdəki emosional çıxışlarından sonra xeyli təəccübləndim və məyus oldum. Əsl səbəbi anlaya bilmirdim. Ancaq bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər? Öz maraqlarını qoruyurdular”-deyərək bəzi parlamentariləri bu şəkildə tənqidi Milli Məclisin bu gün keçirilən plenar iclasının da müzakirəsi oldu.Deputat Elşən Musayev DGK-si sədrinin açıqlamaya aydınlıq gətirməsin tələb etdi.

Milli Məclis sədri xanım Sahibə Qafarova bildirdi ki,dünən DGK-nin sədri ona şəxsən zəng edib və üzr istəməklə yanaşı,bildirib ki,müsahibəsində desiyi sözlər təhrif olunub,o bəzi məmurları nəzərdə tuturmuş.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi