azia.az
azia.az

Sevinc Osmanqızı Ermənistan vətəndaşlığını qəbul edir: “Kaş Paşinyan prezidentimiz olaydı” – VİDEO

7-12-2021, 17:23

Sevinc Osmanqızı Ermənistan vətəndaşlığını qəbul edir: “Kaş Paşinyan prezidentimiz olaydı” – VİDEO
ABŞ-ın Vaşinqton şəhərində məskunlaşmış jurnalist Sevinc Osmanqızı növbəti dəfə milyonlarla azərbaycanlını şoka salmağı bacarıb.

Sfera.az xəbər verir ki, bloqer canlı yayımlarından birində "kaş Prezidentimiz Paşinyan olardı” deyə təəssüf hissini paylaşıb.

Özünü "peşəkar jurnalist” hesab edən bir şəxsin bu cür açıqlaması hətta onun yaxın ətraflarını da silkələnməyə məcbur edib.

Sevinc Osmanqızını özü üçün "ideal prezident” obrazı seçdiyi Nikol Paşinyanla yanaşı qoysan, fərq o qədər də böyük görünməz. Amma bu, Osmanqızıdan öz millətinə, xalqına birinci həmlə və ya "bəyənməzlik” deyil ki, çox da təəcüb edəsən.

44 günlük müharibə zamanı öz torpaqlarını 30 illik əsarətdən xilas edən ordumuza çamurlar yağdıraraq ermənilərin "haqqının” müdafiəsinə qalxdı. Xocalıda, Başlıbeldə, Daşaltıda, Malıbəylidə törədilən faciələrə göz yumaraq, ana və bacılarımızın tapdanmış ismətini görməzdən gələrək əsir düşmüş bir-iki silahlı erməni quldurunun hüquqlarına qahmar çıxdı. Nə deyəsən?

Hər halda bəzi xatırlatmalara ehtiyac var. Paşinyanın sələflərinin və ata-babalarının müxtəlif vaxtlarda xalqımıza qarşı törətdikləri qətliamları bir kənara qoysaq belə, Nikolun özünün Azərbaycana qarşı etdiklərini ən yaxın tarixə və günümüzdə davam edən proseslərə ekskurs etməklə görmək mümkündür.

Paşinyan II Qarabağ müharibəzini alovlandırmaqla içi erməni qarışıq, neçə insanın qətlinə fərman verib.

Deyək ki, müharibə aydındır, amma 44 günlük savaş zamanında Gəncəyə, Bərdəyə, Tərtərə onun əmri ilə atılan raketlərdən həlak olan dinc əhali kimin vicdanına yazılacaq?

Mina xəritələrini alver predmetinə çevirib, hələ onu da yanlış verib neçə insanın ölümünə, şikəst olmasına səbəb olan şəxsi özünə kumir seçmək hansı duyğulara, sevgilərə aiddir?


Məsələ aydındır və göz qabağındadır. Sevinc Osmanqızı xaricdə oturaraq Azərbaycana qarşı "5-ci kolon” funksiyasını yerinə yetirməyi özünə mənəvi vəzifə seçıb.

Təbii ki, belə adamların "ideal prezidenti” paşinyanlar, koçaryanlar, sarksiyanlardı. Belələrini bu xalqla heç nə bağlamır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi