azia.az
azia.az

QHT sədri: "Paşinyan təkcə özünün deyil, təmsil etdiyi dövlətin də rəzil durumunu ifadə edir"

27-11-2021, 19:04

QHT sədri: "Paşinyan təkcə özünün deyil, təmsil etdiyi dövlətin də rəzil durumunu ifadə edir"

Bəyanatda Minsk qrupunun adının çəkilməməsi Azərbaycanı tam təmin edir.
Bu fikirləri “İki sahil” qəzetinə “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri
Cəsarət Hüseynzadə bildrib.

"Dünən Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Soçidə üçtərəfli görüşü keçirildi.

Görüşdən əvvəl də ümumi təəssürat ondan ibarət idi ki, Azərbaycan Soçi görüşünə üstün tərəf kimi yola düşür. Bu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə Ermənistan ordusunu sıradan çıxarması, ərazilərin qısa müddətdə işğaldan azad etməsi və digər sahələrdə üstünlüyü ilə bağlıdır.

Soçi görüşü Azərbaycanın diplomatik qələbəsidir və bu qələbədə noyabrın 16-da sərhəddə erməni təxribatının qarşısının alınması və ordumuzun öz mövqelərini daha da gücləndirməsinin də rolu böyükdür.

Həmçinin Prezident İlham Əliyevin şəxsi keyfiyyətləri Azərbaycanın üstün mövqeyin bir qədər də möhkəmləndirir. Heç şübhəsiz ki, həmin imkanlar da İlham Əliyevin bilik-bacarıqları, idarəetmə və liderlik xüsusiyyətləri və diplomatik təcrübəsi ilə formalaşmışdır.

İrəvanla Moskva arasındakı yaranan inamsızlıq mühiti fonunda Azərbaycan düşünülmüş və praqmatik siyasət yeridir. Həm Rusiya, həm Türkiyə ilə etibarlı tərəfdaşlıq sayəsində regionda yeni təhlükəsizlik arxitekturası qurulur və onun müəllifi də Prezident İlham Əliyevdir.

Əks tərəfdə isə Paşinyan təkcə özünün deyil, təmsil etdiyi dövlətin də rəzil durumunu ifadə edir.

Soçi görüşündə imzalanmış sənəd Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə ifadə edir.

Xüsusən, Ermənistanın masaya gətirmək istədiyi “Dağlıq Qarabağ münaqişəsi” termini və “ATƏT-in Minsk Qrupu” mandatı diqqətə alınmadı. Çünki artıq indiki şərait postmünaqişə dövrünü ifadə edir. Posmünaiqşə dövründə yeni reallıqlar yaranıb, bu reallıqlar çərçivəsində yeni təşəbbüslər və platformalar meydana çıxıb.

Ötən 30 il müddətində heç bir əməli fəaliyyət göstərməyən ATƏT-in Minsk Qrupunun hər hansı tövhəsinə ümid bəsləmək sadəlövhlük olardı. Bu baxımdan sənəddə Minsk Qrupunun adının çəkilməməsi Azərbaycanı tam təmin edir. Bu, artıq Minsk Qrupunun da tarixdə qaldığını göstərir.

Digər xüsusi məqam isə Zəngəzur dəhlizi ilə bağlıdır. Ölkə başçımız İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, biz Zəngəzur dəhlizini açacağıq – istər danışıqlarla, istərsə güc yolu ilə. 16 noyabr təxribatına verilən layiqli cavab və bu təxribatdan sonra yarana növbəti yeni reallıqlar Zəngəzur dəhlizinin açılması istiqamətində yeni imkanlar açır.

Rusiya Federasiyasının Prezidenti Putinin çıxışında “nəqliyyat dəhlizləri”ni xatırlaması, imzalanmış sənnəddə “dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndlər Zəngəzur dəhlizinin bölgənin təhlükəsizliyində və iqtisadi inkişafında vacib məqam olduğunu təsdiqləməklə bu dəhlizin açılacağından xəbər verir.

Bu gün Bakı və Moskva ümumi regional yanaşmaya malikdir, liderlər arasında etibar, dostluq və qarşılıqlı anlaşma mövcuddur. Bu məqamlar Soçi görüşündə bütün çərçivələrdə və davranışlarda təsdiqləndi.

Soçi görüşündə bir daha İlham Əliyev özünə inamlı davranışları, Prezident kimi milli maraqları və ədalətli mövqeyi ifadə edən siyasi Lider kimi yadda qaldı.

Əks tərəfdə tipik Paşinyan obrazı: Tərəddüdləri, zəif mövqeyi ilə xarakterizə olunan və tərləyən əllərini şalvarına sürtən “lider”!"


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi