"Azərbaycan Qarabağda bütün yolları nəzarətə götürdü" - Erməni xalqına MÜRACİƏT OLUNDU
"Azərbaycan Qarabağda bütün yolları nəzarətə götürüb".
Azia.az xəbər verir ki, bu sözləri erməni separatçıların lideri Araik Arutyunyan "parlamentin" növbədənkənar iclasındakı çıxışı zamanı deyib.
"Mən həmvətənlərimi panikaya düşməməyə, sadəcə hərəkəti məhdudlaşdırmağa, yalnız zəruri hallarda hərəkət etməyə çağırıram. Çünki Azərbaycan artıq yolları nəzarətə götürüb", - Arutyunyan bildirib.