Paşinyan yenə vədinə xilaf çıxdı - Bakının etimadına növbəti ZƏRBƏ
"Ermənistanın Daşaltı kəndi ətrafında həyata keçirdiyi təxribatdan sonra Laçın və Kəlbəcər rayonu istiqamətində də təxribatlar davam etdirildi və 16 noyabr tarixində genişmiqyaslı hərbi tərxribata əlataraq yeni mövqelər əldə etmək və Azərbaycan tərəfinə hücum çəkməklə Ermənistan tərəfi yadda qaldı".
Bunu açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, Ermənistan tərəfi əldə olunmuş razılıqlara əks mövqe nümayiş etdirir:
"Baş vermiş hadisəyə görə Ermənistanın hərbi və siyasi rəhbərliyi məsuliyyət daşıyır. Maraqlıdır ki, bölgədəki nəqliyyat və kommunikasiya xətləri Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı proseslər intensivləşdiyi bir dönəmdə Ermənistan bu cür hərbi təxribat həyata keçirdi. Ermənistanı cəsarətləndirən bu addım həm də dünyada olan ikili standartlar Ermənistanın havadar olduğu tərəflərdir. Beynəlxalq güclər, beynəlxaq təşkilatlar, beynəlxalq QHT-lər də bəzən ermənipərəst siyasət həyata keçirirlər və bu siyasətin həyata keçirilməsi Ermənistanı daha da azğınlaşdırır. Cəzasızlıq durumunda Ermənistan Azərbaycanla sərhədləri pozaraq yeni mövqelər əldə etmək istiqamətində addımlar atırlar.
Ermənistan tərəfi 10 noyabr və 11 yanvar tarixində imzalanmış üçtərəfli birgə bəyanatları icra etməkdən boyun qaçırır. Nikol Paşinyan imzaladığı bəyanata riayət etmir və bu xüsusdə üçtərəfli birgə bəyanatın 4-cü maddəsinə uyğun olaraq Azərbaycan ərazisindən Ermənistan silahlı qüvvələrinin qalıqları hələ də çıxarılmır. Bununla yanaşı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin olunması istiqamətində Zəngəzur dəhlizinin açılması ilə bağlı bütün təkliflər rədd edilir. Ermənistan tərəfi həm də dəhliz ideyasını inkar edir və Azərbaycana gələn yüklərin yoxlanılması ilə bağlı çıxış edir və bununla da 11 yanvar tarixində imzalanmış bəyanata uyğun olaraq işçi qrupunun əldə etdiyi bütün razılaşmaların üzərindən xətt çəkir.
Eyni zamanda Ermənistanın Təhlükəsizlik Şurasının baş katibi Armen Qriqoryan Xincərək-Biçənək yolunu təklif etməklə bütün əldə olunmuş mühim nəticələri heçə sayaraq bu cür alternativ fikirlərlə çıxış edir. Bütün bunlar tərəflər arasında etimadı pozur və danışıqlar nəticəsində Ermənistan tərəfi əldə olunmuş razılıqlara əks mövqe nümayiş etdirir.
Nikol Paşinyan 44 günlük müharibədə Azərbaycanın qazandığı Zəfər sonrası ölkədə mövcu olan ictimai-siyasi vəziyyəti sabitləşdirmək əleyhinə addımlar ataraq hərbi təxribat yolu ilə öz siyasi hakimiyyətini gücləndirməyə çalışır. Bununla da müəyyən dividentlər əldə etmək niyyəti güdür. Lakin Azərbaycanın Müzəffər Ordusu bütün hərbi təxribatların qarşısını uğurla aldı və düşmənə sarsıdıcı zərbələr endirdi.
Azərbaycanın sərhədləri etibarlı şəkildə mühafizə olunur. Ordumuz bu cür təxribatların qarşısını almağa müəssər olur. Azərbaycanın ordusu beynəlxalq reytinqlərdə də çox irəli səviyyədədir. İstənilən bu cür cılız addımların qarşısını əsgərlərimiz böyük uğurla alır, bundan sonra da alacaq. Düşmənin istənilən təxribatı amansızlıqla yatırılacaq və düşmənə kəskin cavablar veriləcək".
Təhməz Əsədov