azia.az
azia.az

Dünən Azərbaycandan qeyri-rəsmi xəbər gəldi ki... - Paşinyandan AÇIQLAMA

11-11-2021, 18:20

Dünən Azərbaycandan qeyri-rəsmi xəbər gəldi ki... - Paşinyandan AÇIQLAMA
Bu gecədən fəaliyyətə başlayan Azərbaycan keçid məntəqəsi Ermənistan Respublikasının ərazisində deyil, Eyvazlı hissəsindədir.

Azia.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan bunu bu səhər hökumətin iclası zamanı deyib.

“Dünən Azərbaycandan qeyri-rəsmi bildiriş gəldi ki, noyabrın 11-də, gecə yarısından etibarən Ermənistan vətəndaşları və yükləri üzərində gömrük-pasport nəzarəti həyata keçirəcəklər”, – deyə o bildirib.

Nikol Paşinyanın sözlərinə görə, həmin yolda hər hansı mümkün sərhəd nəzarətinin qarşısını almaq mümkün idi: “Lakin bunun qiyməti dəhliz məntiqi olardı ki, bu da bizim üçün qəbuledilməz idi”.

“Ermənistanın regional kommunikasiyalarla bağlı mövqeyi həmişə ondan ibarət olub ki, onlar hansısa eksterritorial kontekst olmadan, müvafiq gömrük və pasport nəzarəti ilə yenidən açılmalıdır.

Yəni, biz heç vaxt dəhliz məntiqini müzakirə etməmişik və müzakirə etməyəcəyik. Bu, Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin üçtərəfli formatında fiksasiya edilib və son həftələrdə bu məntiq və razılaşma Rusiya tərəfindən publik şəkildə təsdiqlənib. Məhz bu kontekstdə Azərbaycan dünənki qərarını verdi”, – deyə Paşinyan qeyd edib./teleqraf/


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi