azia.az
azia.az

İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımağa yaxındır - sensasion gəlişmə

8-10-2021, 09:26

İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımağa yaxındır - sensasion gəlişmə
Əliyev-Paşinyan təkbətək görüşü böyük açılıma vəsilə ola bilər; Kremlin danışmanı: “Danışıqlar həqiqətən də gedir və onlar nəticə verməyə yaxındır...”
İki gün öncə Azərbaycanla Ermənistan arasında hava yolu qarşılıqlı şəkildə açıldı. Bu, böyük sülh anlaşmasına aparan yolu daha da qısalda bilər. Ən önəmlisi odur ki, rəsmi İrəvan, nəhayət, bölgədə təhlükəsiz mövcudluq və inkişaf üçün dialoqa alternativin olmadığını, deyəsən, anlamağa başlayıb.

Ancaq bu istiqamətdə ən böyük maneə əlbəttə ki, Ermənistanın dövlət səviyyəsində hələ də Azərbaycana qarşı ərazi iddiasından imtina eləməməsidir. Söhbət ilk növbədə hüquqi əngəllərdən, o sırada qüvvədə olan qanunvericilik aktlarından gedir. Belə ki, hələ Köçəryan-Sərkisyan dönəmində qəbul olunan qanunların birində deyilir ki, Ermənistan rəhbərləri Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi göstərildiyi sənədlərə qol çəkə bilməzlər. Üstəgəl, bu ölkənin konstitusiyasında qardaş Türkiyəyə qarşı da ərazi iddiası yer alır.

*****

Demək, sülh müqaviləsinin baş tutması üçün həmin aktlar ləğv olunmalı, iki qonşu dövlətə qarşı əsassız ərazi iddiasına rəsmən son qoyulmalıdır. Hələlik bu yöndə tərpəniş gözə dəymir. Paşinyan iqtidarı belə görünür, ürəyindən Azərbaycanla sülhə nail olmaq keçsə də, cəmiyyətdəki müharibə sonrası ağır psixoloji ovqatı və radikal müxalifətin hədələrini, həmçinin on illərdir şüurlarda oturmuş “miatsum” virusunu nəzərə alaraq “yumşaq keçid” variantına üstünlük verir. Hərçənd “ərazi iddiaları” məsələsində bəzi pozitiv gəlişmələr də yox deyil.

Lavrov - Son dakika haberleri ve gündeme dair tüm gelişmeleri siz değerli okurlarımıza tarafsız ve objektif bir şekilde aktarıyoruz.

Ararat Mirzəyan
İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımağa yaxındır - sensasion gəlişmə
Misal üçün, bəlli olub ki, son vaxtlar erməni rəsmiləri öz leksikonlarında “artsaxın işğalı” ifadəsini az işlədirlər. Bununla bağlı müxalifətin iddialarına cavab verən xarici işlər naziri Ararat Mirzəyan belə deyib: “Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) əraziləri problemi status məsələsi ilə yanaşı müzakirə olunacaq. Bu mövzu gündəmimizdədir və bu barədə müxtəlif beynəlxalq platformalarda danışırıq”.

Onun sözlərinə görə, ehtimal ki, bu problem Dağlıq Qarabağın statusu məsələsi ilə yanaşı, danışıqların müəyyən mərhələsində müzakirə olunacaq. Mirzəyan bu sözləri həm də azərbaycanlı həmkarı Ceyhun Bayramovla mümkün görüş kontekstində söyləyib və onu da əlavə edib ki, “artsax ərazilərinin işğalı” ifadəsi danışıqların irəli aparılması üçün pozitiv atmosferin yaranmasına əngəl yarada bilər.

*****

Nos conseils pour visiter Erevan, la vibrante capitale d'Arménie

Diqqət edildi yəqin ki, Ermənistan XİN başçısı daha “artsax respublikası” və ya “dqr” yox, - hansı ki, bizim keçmiş Şaumyan rayonu (Gülüstan) və əraf rayonları da özündə “ehtiva edir” edir, - yalnız “keçmiş DQMV” ifadəsini işlədib. Yəni İrəvanda artıq üzdəniraq “artsax dövləti”nin bir mif, əlçatmaz olması ilə barışmağa və heç olmasa, “muxtariyyət” məsələsini hədəf seçməyə başlayıblar. Erməni politoloqlardan biri isə bu günlərdə bildirmişdi ki, öz müqəddəratı təyinetmə hüququ ərazi bütövlüyü prinsipinə zidd deyil.

Belə yanaşmalar Azərbaycanı hələ tam qane eləməsə də, nəsə yeni bir şeydir. Bu qəbildən açıqlamalar əslinə qalsa, kövrək pozitiv mesajlar da sayıla bilər və böyük ehtimalla, get-gedə artacaq. O anlamda ki, erməni siyasi elitası və ekspert çevrələrində, nəhayət, Qarabağın Azərbaycana məxsusluğunun geridönməzliyi tədricən qəbul və etiraf edilməkdədir.

Erməni tərəfinin yeni status-kvonu tanımaqdan savayı yolu da yoxdur. Ən əvvəl o səbəbə ki, rəsmi Bakı “status” iddialarına nöqtə qoyub və bu məsələdə prinsipial mövqeyini vaxtaşırı bəyan edir. Zaman isə çoxdan ermənilərin əleyhinə işləyir.

Təzə reallığın qəbulu hər şeydən öncə Ermənistanın düşdüyü 44 günlük müharibə ilə bir az da dərinləşən iqtisadi-siyasi böhrandan çıxmaq zərurəti tələb edir. O da aydındır ki, çox şey məğlub ölkənin rəhbərliyindən, konkret olaraq Nikol Paşinyandan və onun bu yöndə radikal-revanşist qüvvələri susdurmaq bacarığından və iradəsindən asılı olacaq.

Paşinyan bunu edə bilər. Çünki onun əlində 20 iyin 2021-ci il seçkilərində xalqın ona verdiyi güclü mandat var. Bu mandat isə Azərbaycan və Türkiyə ilə sülh, barışıq naminə verilib, yeni müharibə və siyasi intriqalar üçün yox.

*****

Şübhə yox ki, radikal müxalifət ən əvvəl yuxarıda qeyd edilən normativ-hüquqi aktları əsas götürərək, Paşinyana sonadək mane olacaq və Ermənistanın blokada rejimində qalmasına çalışacaq. Ancaq nəzərə alsaq ki, sərhədlərin və yolların açılması, qarşılıqlı iqtisadi əməkdaşlığa start verilməsi beynəlxalq birliyin, o sırada Türkiyənin, Rusiyanın, Avropanın, ABŞ-ın da tələbi və sifarişidir, eyni zamanda ortada bölgənin açar dövləti olan qalib Azərbaycanlın iradəsi var, o zaman müxalifəti susdurmaq çətin ola bilməz.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini yad edib

Yeri gəlmişkən, srağagün Prezident İlham Əliyev Avropa Birliyinin ölkəmizə yeni təyin olunmuş təmsilçisi Peter Mixalko ilə görüşdə bir daha rəsmi Bakının mövqeyini bəyan elədi. Bildirdi ki, Azərbaycan tarixin bu səhifəsini çevirmək və Ermənistanla normal münasibətlər qurmaq istəyir. “Biz sülh müqaviləsi, delimitasiya və kommunikasiyaların açılması ilə bağlı danışıqlara başlamağa hazırıq. Bu proses qismən başlayıb”, - deyə ölkə rəhbəri vurğuladı və Avropa Birliyini də bu işə töhfə verməyə çağırdı.

Yaxşı ki, belə bir istək rəsmi təmsilçinin qeyd elədiyi kimi, Avropa Birliyində də var. Qalır, Ermənistan rəhbərliyinin öz xalqının gələcəyi naminə tarixi qərarları verməsi. Müharibədən sonra gözlənilən ilk Əliyev-Paşinyan görüşü bu xüsusda mühüm, açar xarakterli və ya böyük açılıma vəsilə ola bilər...

*****

Sergey Markov: Azərbaycan yaxın vaxtlarda Dağlıq Qarabağın bütün ərazisində öz suverenliyini tam bərpa edəcək - İki sahil

Sergey Markov
İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımağa yaxındır - sensasion gəlişmə
Rusiyalı tanınmış politoloq, Kremlin danışmanlarından sayılan Sergey Markov hesab edir ki, Əliyevlə Paşinyan arasında birbaşa danışıqlar baş tutarsa, onların əvvəldən müəyyən hazırlıqları olacaq və demək, hansısa ilkin qərarlar qəbul ediləcək. “Bütün bunlar o deməkdir ki, danışıqlar həqiqətən də gedir və onlar nəticə verməyə yaxındır. Bu, əlbəttə ki, hər kəs üçün çox yaxşı xəbərdir”, - deyə politoloq qeyd edib.

Analitikin sözlərinə görə, 10 noyabr tarixli üçtərəfli bəyanatda səsləndirilən parametrlər üzrə irəliləyiş ola bilər: “Hesab edirəm ki, Paşinyan həqiqətən də ötən ilin noyabrında Moskvada əldə edilmiş sülh sazişlərinin həyata keçirilməsinə yönəlib. O, Qarabağa iddialardan tamamilə imtina etməyə hazırdır. Amma bunun üçün ona vaxt lazımdır, çünki erməni ictimai rəyi bunun əleyhinə olacaq. Təbii ki, Qarabağa olan iddialardan imtina edən Paşinyan şərtlər irəli sürməyə çalışacaq, ilk növbədə söhbət Qarabağ erməniləri üçün hansısa muxtariyyət elementindən gedir. Ancaq ümumilikdə, o, konstruktiv addımlara hazırdır. Ermənistanın baş naziri başa düşür ki, bütün Qarabağ Azərbaycandır. Bu qaçılmaz bir nəticədir və buna razılaşmaq məcburiyyətində qalacaq”, - deyə o qeyd edib.

Bəs Ermənistandakı müxalifət prosesə hansısa təsir edə bilərmi? Bugünlərdə Ermənistan hökumətinin sabiq nümayəndəsi, Ermənistan Respublika Partiyasının icra orqanının üzvü Eduard Şarmazanov gündəmdə heç bir sülh məsələsinin olmadığını deyərək Türkiyə və Azərbaycanla məzmunlu danışıqlara qarşı çıxış edib.

“Bəli, onlar sülhə doğru irəliləməyə aktiv şəkildə mane olurlar. N. Paşinyanın vəzifəsi vəziyyəti dəyişməkdir. Türkiyə və Azərbaycanla sülh gündəmini rədd etmək mövqeyinə sadiq qalanların məhz onun rəqibləri olması xarakterikdir məqamdır. Ermənistanı Azərbaycan və Türkiyə ilə sülhə aparan Paşinyan eyni zamanda öz rəqiblərini əzəcək, - Markov əminliklə söyləyib.

Yəqin ki, belə də olacaq. Hətta Paşinyan onları əzə bilməsə də, tarixin təkəri əzəcək...

Analitik xidmət,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi