azia.az
azia.az

Azərbaycan PUA-sı Ermənistana GİRİB? - Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI

4-08-2021, 20:34

Azərbaycan PUA-sı Ermənistana GİRİB? - Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI
Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının guya Ermənistan ərazisinə keçməsinin qarşısını alınması barədə yayılan məlumat qarşı tərəfin növbəti yalanıdır və dezinformasiya xarakteri daşıyır. Bu barədə Müdafiə Nazirliyinə məlumat verilib. Bildiririk ki, həmin istiqamətdə pilotsuz uçuş aparatları havaya qaldırılmayıb və istifadə olunmayıb. Belə məlumatlar yaymaqla Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaq kimi təxribatlarını ört-basdır etməyə və ictimaiyyəti aldatmağa çalışır.
Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi