Azərbaycana bir güllə atsa, İran bir həftəyə Azərbaycan olar!
"Traktor" hələlik futbol oynayır, amma traktorun əsas işi şumlamaqdı...
10 milyonlarla Azərbaycan türkü Ana Vətənini hər kəsdən qorumağa, İranın bu haqsız, ermənipərəst və aqressiv siyasətinə etirazlara hazırdır!
Tehran bizimlə təhdid dilində danışır.
Özünün 35 milyon türk vətəndaşını unudaraq!
Bax, bu "Traktor"çu vətənpərvərin timsalında milyonlarla Azərbaycan müdafiəçisini unudaraq!
2 milyon erməniyə qucaq açır.
Bağrına basır.
Bizi - dünyadakı 50 milyon azərbaycanlını isə özündən uzaqlaşdırır.
Azərbaycanın inanclı insanlarını belə özünə qarşı qaldırır.
Mən də bir inanclı kimi, İslam adı ilə, molla qılığında millətimi təhqir edənlərə etiraz və qəzəbimi bildirirəm.
Mən müsəlmanam və dinimə, məscidimə, torpağıma, millətimə, Allahıma qarşı əl və dil uzadan düşmənlərə qarşı 33 illik bir cihadın içindəyəm!
Dövlət qurduq, bayraq dikəltdik, savaşdıq, uduzduq - udduq!
Cihad budu!
Allahın yolu budu.
Haqqa xidmət budu.
Əli Yolu budu!
İransa, kiçik fraqmentlər istisna olmaqla, Azərbaycan Respublikası qurulandan, Qarabağ savaşı başlayandan erməniləri bağrına basır!
Hər cür yardım göstərir!
Azərbaycanı qısqanır, hər fürsətdə kiçik düşürməyə çalışır!
Xocalı soyqırımını unudur!
800 min müsəlmanın didərgin salınmasını unudur!
Qarabağdakı pirlərimizin, məscidlərimizin dağıdılmasını, Allahın evlərində donuz saxlanmasını görməzdən gəlir!
Silah, yanacaq, ərzaq daşıyır, Qarabağdakı separatçılara!
Bəs, bunlar hansı dinə xidmət edirlər?
Tehran bizimlə təhdid dilində danışır.
Şiə qardaşlığı bu cürmü olur?
Əli Yolu beləmi olar - müsəlmanı qətlə yetirən, İslam torpaqlarını zəbt edən kafirlərə tam dəstək?
İrandakı molla adı, dindar ünvanı daşıyan tanınmışlardan sədalar gəlir: "Bakıya hücum edək".
Sərhədlərimizdə təlim keçən İran ordusuna müraciətən bu çağırışı edirlər.
Ayətullahlar xütbə oxuyur, Türkiyə və Azərbaycanı təhqir edirlər.
"Şirin quyruğu ilə oynamayın", deyə, guya, azərbaycanlılarla məzələnirlər.
Bizim qəlbimizi qırır, bizi görməzdən gəlirlər!
"Bakıya hücum" da nə deməkdir?
Ermənilərə görə Azərbaycana bombamı atacaqsınız?
Onların revanşını bizimlə İranmı oynayacaq?
Bunlar gerçəyi görmürlərmi?
Dövlətin, ordunun içindəki vətənpərvər azərbaycanlıları görmürlərmi?
Allaha and olsun, Azərbaycana qarşı bir addım atsalar, silah çəksələr, 35 milyon türk bunları diri- diri yeyər!
Hələ daha kimlər...
Bunumu istəyirlər ki, Dünya Azərbaycanlılarının müzəffər lideri özünün 50 milyonluq xalqına "Vətən təhlükədə" çağırışı edə...
Bunlar içlərindəki Traktorumuzu görmürlərmi?
Traktor yalnız futbol oynamır.
"Traktor" hələlik futbol oynayır.
Traktorun əsas işi şumlamaqdır...
Bir millətin izzəti -nəfsi ilə bu qədər oynamayın.
Peşmançılıq olar...
Azərbaycana bir mərmi atsalar, İran bir həftəyə Azərbaycan olar!