azia.az
azia.az

Baş redaktordan DYP-yə ETİRAZ: “Guya bilmirsiniz ki, sizin qurumların hamısında açıq bazardı?" - FOTO

20-09-2021, 15:17

Baş redaktordan DYP-yə ETİRAZ: “Guya bilmirsiniz ki, sizin qurumların hamısında açıq bazardı?" - FOTO
“Ölkədə vətəndaşları dövlətdən narazı salan qurumların başında Dövlət Yol Polisinin dayandığını desəm, yanılmaram. Avtomobil idarə etdiyimə görə bunu şəxsi təcrübəmdən çıxış edərək bildirirəm”.

KONKRET.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Məhəmmədəli Qəribli özünün Facebook hesabında yazıb. O bildirib ki, bu özbaşınalıqları DYP fəaliyyətinə kosmetik görkəm verməklə edir: “Hətta bir tənqidi statusa belə impulsiv reaksiya verirlər. Dərhal özlərini təmizə çıxarırlar, yazılan tənqidin silinməsi istiqamətində belə hərəkətə keçirlər. İndiyə qədər rastlaşdığım haqsızlıqlarla bağlı etdiyim şikayətlərin heç biri təmin edilməyib. Hamısına standart cavab verib, məni yola salırlar. Hər bir halda da öz əməkdaşlarını imam övladı kimi təmizə çıxarırlar.

Etdiyim şikayətlərlə bağlı bu yaxınlarda DYP-nin ən yüksək rəhbərliyi tərəfindən qəbul olundum. Onlara maraqlı gələn bilirsiniz nə olur? Özləri də bunu etiraf etdilər ki, mən cəriməni ödəyib, sonra şikayət edirəm. Bəli, dövlət tərbiyəm buna imkan vermir ki, sizin əlinizə haqq verəm. Deyəsiniz ki, jurnalist olmağından istifadə edib, cərimə ödəmək istəmədiyi üçün belə səs-küy salır. Həm də bilirəm ki, ödəməməyin heç bir perspektivi yoxdur. Çünki DYP toxunulmaz bir quruma çevrilib. Sonda məcbur olub, məbləğin üzərinə yazılan dəbbə pulunu da ödəyəcəm. Onlar isə bunu öz xeyirlərinə olan arqument kimi qələmə verirlər”.

Baş redaktordan DYP-yə ETİRAZ: “Guya bilmirsiniz ki, sizin qurumların hamısında açıq bazardı?" - FOTO
Məhəmmədəli Qəribli əlavə edib ki, 50 manatlıq cərimənin gəldiyinə dair mesaj alıb: “Sən demə, texniki baxışa bir gün gecikdiyim üçün belə cərimə gəlib. Mənim maşınım iki ildən bir texniki baxışdan keçməlidir. Belə məsələdə çox məsuliyyətliyəm. Təxmini bilirdim ki, texniki baxışın vaxtı yetişib. Amma nə vaxta qədər olması ilə bağlı dəqiq məlumat ala bilmədim. Maraqlıdır, niyə DYP bir xəbərdarlıq mesajı göndərmədən belə cəriməni adamın belinə yükləyir? Cərimə olunduğumuza dair mesajı tez göndərə bilirsiniz, ancaq xəbərdarlığı yox? Deməli, vətəndaşın ziyanına olan mexanizim saat kimi sürətli, xeyrinə olan isə tısbağa kimi ləng işləyir? Belə üsullarla tərəfinizdən büdcəyə daha çox vəsait köçürdüyünüzlə öyünmək günahdır. Nəyin bahasına olursa-olsun həssas , kasıb təbəqəni cərimələyib, büdcəni doldurmaq xüsusi istedad və qabiliyyət tələb etmir axı… Və bu, dövlətə xidmət sayıla bilməz”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi