azia.az
azia.az

Baş nazirin sabiq müavinindən rəzil addım – Camaat ölümə gedir, bu isə…

5-11-2020, 04:00


Şəkildə gördüyünüz bu adamın adı Asəf Məmmədovdur. Naxçıvanda müxtəlif vəzifələrdə çalışıb. Son iş yeri orada Baş nazirin müavini vəzifəsi olub.


Dünən tanınmış saytlardan birində bu adamın ölkə başçısına müraciəti dərc edilmişdi. Maraqlıdır ki, həmin sayt Asəf müəllimin müraciətini bahalı pullu reklama qoyaraq, öz səhifədində paylaşıb.

Deməli, bu nəticəyə gəlirik ki, Asəf Məmmədov müraciətin həm də geniş şəkildə piar olunmasında maraqlıdır. Yoxsa, sayt niyə onun məktubunu öz cibindən pul ödəyib, sponsorlu paylaşsın ki?


Asəf Məmmədov həmin müraciətinə nə vaxtsa Prezidentlə birlikdə çəkdirdiyi şəkilləri də əlavə edib, indiyə qədər gördüyü işlərlə bağlı ətraflı məlumat verib.


Sonda bilirsiniz nə istəyir? Prezidentdən xahiş edir ki, işğaldan azad edilən ərazilərdə könüllü olaraq, məmur kimi xidmət göstərmək istəyi nəzərə alınsın.


Vallah, bu müraciət mənə səmimi gəlmədi. Çünki görmüşük ki, müharibənin indiki dönəmində adətən insanlar cəbhədə könüllü döyüşməklə bağlı müraciət edir.


Asəf Məmmədovun bu müraciətindən isə döyüşmək yox, daha çox: “mən də varam, imkan varsa, oradakı rayonlardan birinə məni vəzifəyə göndərin” -, niyyəti hiss edilir.


Könüllü olaraq abadlıq işlətində iştirak etmək istəyirsənsə, bunun üçün məgər Prezidentə belə reklam xarakterli müraciət etmək lazımdır? Götür əlinə “lopatkanı” , get nə qədər istəyirsən işlə da. Kimdir sənə mane olan?


Asəf Məmmədovla bağlı maraqlı bir hadisə yadıma düşdü. Bir neçə il əvvəl bunu işdən çıxarmışdılar. Saytlardan biri Asəf Məmmədovun özünü asdığı və öldüyü ilə bağlı xəbər yaydı.


Asəf Məmmədov sağ ola-ola həmin xəbəri təkzib etməmişdi. Mənə məlumat çatdı ki, adam sağdı. Zəng vurdum, ölmədiyini təsdiqlədi və çox sevindi ki, kimsə buna aydınlıq gətirdi.


Mənə bu səbəbdən çox maraqlıdır, özünün ölü yox, diri olması ilə bağlı xəbərə münasinət bildirə bilməyən adam, indi media üzərindən belə çoxkombinasiyalı piarı necə qura bilir?

100 faiz öz ağlı ilə hərəkət etmir. Kimsə başını “yeyib”. Prezidentin yerinə olsam, bunun xahişini nəzərə alıb, əlinə bir avtomat verib, göndərərəm ön cəbhəyə döyüşə.


Bu da olar Asəf Məmmədovun Vətən qarşısında “könüllü” xidməti. Asəf müəllim bilsin ki, hazırda Azərbaycana canını Vətən yolunda fəda etməyə hazır olan könüllü əsgər, zabit lazımdır, “prorab” yox!

Məhəmmədəli QƏRİBLİ,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi