Azərbaycanda yüksək vəzifəyə təyinat olub
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST) yeni təyinat olub.
Agentlikdən Azia.az-a verilən məlumata görə, Ruslan Mirzəliyev İdarə Heyəti sədrinin müşaviri təyin edilib.
Təyinat ilə bağlı əmr sentyabrın 10-da imzalanıb və o, səlahiyyətlərinin icrasına başlayıb.
R. Mirzəyev buna qədər DOST Agentliyinin Könüllülərlə iş şöbəsinin müdiri kimi çalışıb.
Qeyd edək ki, R. Mirzəliyev həmçinin “Yüksəliş” müsabiqəsinin qaliblərindən biridir.