azia.az
azia.az

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT - FOTO

2-11-2020, 14:17

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT - FOTO

M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanaya baş həkim təyin olunub.

Bununla bağlı müvafiq əmri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri Ramin Bayramlı imzalayıb.

Azia.Az xəbər verir ki, Əmrə əsasən, Pərviz Nadir oğlu Hacıyev bu vəzifəyə təyinat alıb.

Qeyd edək ki, P.Hacıyev Ankara Universitetində 2001-2009-cu illərdə həkim, 2010-2015-ci illərdə uroloq, 2016-2019-cu illərdə uşaq uroloqu ixtisası üzrə təhsil alıb.

Eyni zamanda Danimarka, Praqa, Çexiya və Avstriyada Avropa Urologiya Təhsil Proqramını (EUSP) bitirib. Özəl tibb müəssisəsində çalışıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi