Tonoyandan ŞOK AÇIQLAMA: “Qorxuram ki, Ermənistanda oktyabrın 1-də çox ciddi proseslər baş versin”
“Qorxuram ki, oktyabrın 1-də ölkədə ictimaiyyətin gec öyrənəcəyi çox ciddi proseslər baş versin”.
Azia.az xəbər verir ki, bu fikirləri “5165” hərəkatının lideri Karin Tonoyan “TALK TIME” verilişində çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, artıq sülh müqaviləsinin imzalanmasından danışa bilərik:
“Bununla bağlı baş nazirdən bir açıqlama tələb etdik. Lakin səlahiyyətlilərdən heç bir cavab ala bilmədik. Sülh müqaviləsinin imzalanması Qarabağın Azərbaycanın bir hissəsi olaraq tanınması ilə nəticələnəcək. Mənim üçün bu qəbuledilməzdir” – Tonoyan vurğulayıb.
Tonoyan əlavə edib ki, hakimiyyət “soyqırım”ı tanımaqdan və Türkiyəyə qarşı tələblərdən imtina etmək bahasına bu sənədi imzalayacaq: “Mən bundan çox qorxuram. Deyirlər ki, indi sınaq dərsliklərində “Erməni yüksəklikləri” anlayışı yoxdur. Bütün bunlar proseslərin hansı istiqamətdə aparıldığını göstərir. Erməni xalqı başa düşməlidir ki, onlara təcavüz edilir və bu işdə bir nəfər dirijor rolunu oynayır. Həlak olan əsgərlərin cəsədləri hələ də soyuducularda saxlanılır və gizlədilir. İnsanların duyğuları ilə oynamağa, torpağın, kəndlərin təslim edilməsinə və sülh razılaşması imzalamaq istiqamətində hazırlıqlara davam edirlər”.
“Əgər əvvəllər müəyyən dərəcədə müstəqil idiksə, indi bundan əsəs-əlamət qalmayıb. Baş nazir hər şeyi qəsdən edir. Yalnız Vətən üçün canını verən və ölümü gözə alan oğlanlar müstəqildir. Mənim üçün müstəqillik bir mübarizədir” – Karin Tonoyan fikirlərini yekunlaşdırıb.